Slimfit
  1. CƏMİYYƏT

DİM-dən 600 və daha yüksək bal toplayan gənclərə - Müraciət

DİM-dən 600 və daha yüksək bal toplayan gənclərə - Müraciət
Sakura

DİM-dən 600 və daha yüksək bal toplayan gənclərə - Müraciət

Dövlət İmtahan Mərkəzi (DİM) 600 və daha yüksək bal toplayan gənclərə müraciət edib.

Mərkəzdən Axar.az-a verilən məlumata görə, artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, bu il də ənənə davam etdiriləcək:

"İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr ediləcək.

Buna görə də yüksək bal toplayan gənclər 2019-cu il avqustun 27-dən etibarən Şəxsi kabinetinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğusunu doldurmalıdırlar. Anket-sorğusu yalnız bir dəfə və bütün bəndləri doldurulmalıdır. Nəzərinizə çatdırırıq ki, saytda yalız anket-sorğusunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR