DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Belə ki, Dövlət İmtahan Mərkəzi üzrə ödənişlərin “ASAN ödəniş” sisteminə inteqrasiyası uğurla başa çatdırılıb.
8 yanvar 2019 - cu il tarixindən etibarən vətəndaşlar adıçəkilən dövlət qurumu üzrə ödənişləri www.e-gov.az, www.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları, həmçinin 10000 dən artıq ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər. Bununla da vətəndaşlar Dövlət İmtahan Mərkəzi üzrə şəxsi kabinetlərdəki hesablarına “ASAN ödəniş” sistemi vasitəsilə vəsait əlavə edə bilərlər.
“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 122 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və s. 200-dən artıq xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirmək mümkündür. Müvafiq ödənişlər www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı, eləcə də sistemə qoşulmuş 10000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsi ilə nağd və ya nağdsız qaydada təmin edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət