Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Dilsuz Qarayev Məmmədağa oğlu

Dilsuz Qarayev Məmmədağa oğlu
Sakura

Doğum tarixi : 1990 Vəfat tarixi: 2 aprel 2016

Dilsuz Məmmədağa oğlu Qarayev (d. 1990; Ağcabədi, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Dilsuz Qarayev 1990-cı ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub.

Hərbi xidməti

Gizir Dilsuz Qarayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-ü isə Dilsuz Qarayev doğulduğu Ağcabədi rayonunun Hindarx kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qarayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Dilsuz Qarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR