Slimfit
  1. GÜNDƏM

Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər...

Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər...
Sakura

Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər...

Azərbaycan ordusunun Şuşanın həndəvərinə gedib çıxması və hətta bəzi iddialara görə şəhərin yaxın ətrafında möhkəmlənməsi Şuşa türməsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi barədə çoxsaylı suallar yaradıb. Görəsən onları Yerevana aparıblarmı, yoxsa hələ də Şuşada saxlanılırlar? Beynəxlaq Qırmızı Xaç Komitəsinin onlardan xəbəri varmı? Sentyabrın 27-dən sonra onlara baş çəkiblərmi?

Dilqəm Əsgərovun oöğlu Kürdoğlu Əsgərov Moderator.az-a açıqlamasında deyir ki, bir həftə öncə onu Beynəxlaq Qırmızı Xaç Komitəsinin yerli ofisindən çağırıblar:

"Təxminən bir həftə öncə çağırmışdılar, məktub da yazdım orada. Bildirdilər ki, tezliklə Xankəndi ofisimizin əməkdaşları atanıza baş çəkəcəklər. Fürsətdən istifadə edib soruşdum ki, atamın saxlanma yeri dəyişdirilməyib ki? Cavab verdilər ki, hələ də Şuşada saxlanılırlar. Bu gün yenə komitə ilə əlaqə saxlayaraq təkrar atamgilin köçürülüb köçürülmədiyi ilə maraqlandım. Bildirdilər ki, hələ də Şuşada saxlanılır, amma təhlükəsizlik baxımından türmədən çıxarılıb yeraltı sığınacaqlarda saxlayırlar. Bildirdilər ki, hərbi əməliyyatlara görə hələlik Xankəndi ofisinin əməkdaşları atanızla görüşə bilmirlər, amma ona ərzaq bağlaması çatdırılıb. Onların sözlərinin nə dərəcədə həqiqəti əks etdirib etdirmədiyini bilmirəm, hər halda aldığım cavab budur".

Mənbə: Azxeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR