Slimfit
  1. PSİXOLOGİYA

Dilimizdən düşməyən hansı sözlər bizi ölümə aparır?

Dilimizdən düşməyən hansı sözlər bizi ölümə aparır?
Sakura

Dilimizdən düşməyən hansı sözlər bizi ölümə aparır?

Sözün nə qədər güclü energetikaya sahib olması hamıya aydındır. Bəzən hansısa bir söz insanda silahdan daha böyük yara buraxır. Bir kəlmə ilə insanın ürəyindən daş asmaq olar. Bəzən isə tam əksinə, bir söz ilə buzları əridib, insanı həyata qaytarmaq mümkündür. Söhbət bizim gündəlik istifadə etdiyimiz sözlərdən gedir. Beləlikə, bu yazıda həmin sözlərdən danışacağıq.

 

Hansı dildə danışmağımızdan asılı olmayaq, hər insanın öz unikal söz ehtiyatı var. Psixoloqlar və ezoteriklər bizim həyatımızın birbaşa düşüncələrimiz və sözlərlə əlaqədə olduğunu deyirlər. İstifadə etdiyimiz sözlər həyatımızı yaxşılaşdıra və ya məhv edə bilər. Bir sözlə, necə danışırıqsa, elə də yaşayırıq.

Sözlər insan həyatına necə təsir edir?

Sözlər və onların səsləri dalğa əmələ gətirərək canlının bio sahəsinə nüfuz edir. Bu dalğa deformasiya yaradır və insanın aurasının quruluşunu dəyişir. Bundan sonra dəyişiklik fizioloji, daha sonra isə sosial və ətraf mühit səviyyəsində baş verir.

 

Niyə neqativ sözlər daha tez həyata keçir?

Bir qayda olaraq ən parlaq emosional hisslər neqativ təbiətli olur. (qəzəb, aqressiya, qıcıqlanma, hirs, nifrət və s.) Məhz buna görə neqativ arzu və sözlər daha tez həyata keçir. Qəzəbli anda dediyimiz söz insanın həyatına belə son qoya bilər. Yəqin çox eşitmisiniz, filankəsin qarğışı tutdu işim alınmadı. Ya da nənəm o qədər qarğış etdi ki, atam getdi, birdə qayıtmadı və s. Bəs bunun qarğış edən üçün də ziyan olduğunu bilirdinizmi?

 

“Allah bəlanı versin”… qarğışların dəhşətli tərəfi

Qarğışdan dəhşətli nə ola bilər ki? “Cəhənnəmə ki”, “Allah səni öldürsün”, “Allah bəlanı versin” və bu səpkidə olan sözlərdən başqa, insanın hirsli vaxtında başqası arzuladığı bədbəxtliklər və ona duyduğu kin hər ikisi üçün pis nəticə verə bilər. Qarğış olunmuş insanları xəstəliklər və uğursuzluqlar izləyir. Bəs bu qarğışlar necə işləyir?

90-cı ilin sonları RAN-dan olan Moskva tədqiqatçıları qarğışların işləmə mexanizmini tapıblar. Alimlər dəhşətə gətirən faktlar aşkar ediblər: bəzi sözlər minadan belə güclüdür. Onlar insanın genetik cihazını partladaraq, nəsildən-nəslə keçən proqramı darmadağın edir. Alimlər eksperimentləri bitkilərin və suyun üzərində aparıblar. Belə ki, arabidopsis bitkisini neqativ şəkildə cücərtdikdə (pis sözlər və aqressiv davranış) onların DNK-sı və xromosomlarının zənciri qırılıb, genləri isə dolaşıb. Bir çox toxumlar məhv olub, sağ qalanlarda isə genetik cihazında mutasiya qeydə alınıb. Və nəticə deyilən sözlərin yüksək səslə ifadə olunmasından yox, sözlərin məzmunundan asılı olub. Əlbəttə bitkinin orqanizmi ilə insanı bir tutmaq olmaz. Ancaq bütün canlıların genetik cihazı eyni sistemlə işləyir.

Bundan başqa insanın 70%-nin sudan ibarət olduğunu bilirik. Və suyun molekulları neqativ sözlərin təsiri altında mutasiyaya məruz qalır və formaca zəhərə bənzəyən struktura transformasiya edir. Məhz bu araşdırmalardan belə bir nəticəyə gəlmək olur ki, qarğış və lənət həm söz sahibini, həm də ünvanlandığı insanı sözün əsl mənasında zəhərləyir.

İnsanın pis və neqativ yüklü sözlərdən istifadə etməsi özünə daha çox ziyandır. Bu ziyanı isə ilk dəfə alman psixoterapevti Nossrat Pezeşkian aşkar edib.

 

Dağıdıcı sözlər

Xəstəliyi çağıran ifadələrin olduğunu və belə sözlərdən hər kəsin istifadə etdiyini tədqiqatlar nəticəsində sübut edən Pezeşkin sözləri müxtəlif qruplara bölüb.

Təsəvvür edin ki, bütün insanların dilində onların bədənini ağır xəstəliyə düçar edən, onu sağalmaz bəlaya sürükləyən sözlər var. Dünyanın ən sağlam insanı olsanız belə, bu sözləri istifadə etməyiniz sağlamlığınızı məhv edə bilər.

Məsələn: Səbrim tükəndi, başımı itirmişəm, boynumda oturub, nəfəsimi kəsir, həzm edə bilmirəm, sıxıb suyumu çıxartdılar, tüpürüm hər şeyə, elə bil biçaq sancdılar ürəyimə (kürəyimə), boğaza kimi yığılmışam, ürəyimi sıxır və bu səpkidəki sözlər. Belə baxanda gündəlik istifadə etdiyimiz, hisslərimizi ifadə edən bu sözlər ziyansız görünə bilər. Əslində bu ifadələr bizim bədənimizə bir başa əmr verir. Bədən isə onları yerinə yetirməyə məcburdur.

Bu tip sözlərin insan orqanizminə təsiri haqqında araşdırmalarını doktor Pezeşkian bir müddət öncə elan edib. Az vaxt olmasına baxmayaraq bu fikirlər yüz dəfə yoxlanılıb. Xüsusən də bir sual tədqiqatçıların lap marağına səbəb olub. Gündəlik istifadə olunan, mənfi enerji daşıyıcısı olan bu ifadələr xəstəlikdən xəbər verir, yoxsa xəstəliyi yaradır? Nəticə isə onları heyrətləndirib: bu sözlər məhz xəstəlik yaradır. Başqa sözlə desək, alimlərin düşünürdülər ki, bu sözləri xəstəlik yaranandan sonra istifadə etməyə başlayırıq. Sözlər şüur altı bizə bədənimizin hər hansı xəstəliyə tutulduğunu xəbər vermək üçün dilimizə gəlir. Ancaq onların ehtimalı öz təsdiqini tapmır.

Əslində isə insan danışığında bu “dağıdıcı” sözlərdən istifadə edəndən sonra xəstəlik yaranır. Hər hansı bir xəstəlik yox, məhz çağırdığın xəstəliyə tutulursan. Xəstəliyi yaradan sözlər bir müddət sonra dilimizdə daha sıx istifadə edilməyə başlanılır. Məqsəd isə xəstəliyin bədənimizdəki yerinin daha da möhkəmləndirilməsidir.

Aşağıda minlərlə insanın dilindəki sözləri araşdıraraq, gəlinən nəticədə əldə olunan “dağıdıcı” sözlərin cədvəli göstərilib:

Xirtdəyə kimi yığılmışam – Əsəb anoreksiyası

Boynuma kimi dərdin içindəyəm – Osteoxondroz

Həyatım zəhərləndi, o qədər bezdim ki, ölmək istəyirəm – Xərçəng

Həzm eləmirəm (nəyisə, kimisə) – Yazva

Gücüm yoxdur, ölü kimi yorğunam – Uroloji xəstəlik

Nəfəsim kəsilir, tüpürüm hər şeyə – Astma

Sıxıb suyumu çıxardı, qanıma işlədi – Qan xəstəliyi

Ürəyə yaxın buraxmaq, ürəyi parçalanmaq, ürəkdən zərbə – İnfarkt miokarda

Onun yerində olmaq istəməzdim – Allergiya, dəri xəstəliyi

Baş ağrısı, baş sındırmaq, başını vurmaq – Miqren, meteo həssaslıq

Səbrim partladı – Hipertoniya

Pisəm, heç bir sevincim yoxdur – Ciyər çatışmamazlığı və piylənmə

Gözüm görməsin, baxmaq belə qorxuludur, nəyə görə baxım ki – göz xəstəliyi

Eşitmək istəmirəm, danışma, sus, səs-küydü – Karlıq

İyrənirəm, dəli oluram, hirslənirəm – Depressiya

Bu sözlərin kimə və nəyə ünvanlandığı fərq etmir. Sözlər dildən çıxan kimi bədəni funksionallığını dəyişdirir.

 

“Qandal” sözlər

Siz artıq “dağıdıcı” sözlərin nə olduğunu bilirsiz və bu o deməkdir ki, siz onları zərərləşdirmək üçün ilk addım atmısınız. Bu sözləri tanıdıqdan sonra dilinizdən onları təmizləmək daha asan olacaq.

Daha bir qrup söz var ki, onlarda bizim normal yaşamağımıza mane olur. Bu “qandal” sözlərdi. Bu sözlərdən istifadə edərək biz azadlığımızı çərçivələyirik. Doğuşdan haqqımız olan hüququmuzdan imtina edirik: həyatdan ən yaxşısını almaq. Xoşbəxtlikdən bu sözlər o qədər çox deyil. “Qandal” sözlər 4 əsas klandan (ailə) ibarətdir.

 

1-ci klan: “Məndə alınmayacaq”

Bu söz insanın özünə güvənsizliyini göstərir və söz insanı qabiliyyətinin olmamasına inandırır. Söz insanı yerində dayanmasına, uğur qazanmaq üçün heç bir hərəkət etməməsinə gətirib çıxardır.

Həyatdakı missiyanı yerinə yetirməmək üçün arxasında gizləndiyiniz sözlər:

Edə bilmirəm, bacarmıram, əmin deyiləm, alınmayacaq, mənim imkanlarım xaricindədir, söz verə bilmərəm, məndən asılı deyil, bu məsuliyyəti öz üzərimə götürə bilmərəm. Ən əsas söz “çalışaram” sözü altında gizlənən “Məndə alınmayacaq” . Siz bu ifadəni diqqətlə analiz etsəniz görəcəksiniz ki, əslində “mən özümə inanmıram” demək istəyirsiniz.

 

2-ci klan: “Mən layiq deyiləm”

Bu sözün daşıyıcıları doğrudan bir yerdə durmaq insanlardır. Daima hərəkət içindədirlər, bütün yükü öz üzərilərinə götürürlər və “at” kimi işləməyin doğru olduğunu düşünürlər. Elə bir sərhəd hörürlər ki, qapılarına dirənən mükafat da onlara çatmır. Daima iş, iş, iş… Həyatın verə biləcək başqa imkanlarına isə “mən layiq deyiləm” deyib qapılarını möhkəm bağlayırlar.

Bu klana aid olan sözlər bunlardır: hələ vaxtı deyil, istərdim amma… Çox istəməklə deyil ki, istəmək də pulla deyil ki, mən kiməm ki…

Hələ bu sözlərə fikir verin. Onlar dilimizdə elə yaxşı özlərinə yer ediblər ki, biz hiss etmədən gündə bəlkə 5 dəfə onlardan istifadə edirik.

 

3-cü klan: “Mən istəmirəm, amma məni məcbur edirlər”

Bu, bizim ən çox sevdiyimiz sözdür.

Bu klana daxil olan sözlər: Lazımdır, məcburdur, tələb olunur. Bu tip sözlər olmayan problemi də yarada bilir. Gündə neçə dəfə bu sözdən istifadə edirik və ya başqasından eşidirik? Saymaqla qurtarmaz. Biz bu sözlərə o qədər alışmışıq ki, hətta başqalarına qarşı məcburiyyətimiz olmasa belə, öz ehtiyaclarımızdan söz açanda bu kəlmələrdən istifadə edirik. Nəticə isə budur: biz xoşbəxtliyin daxil ola bilməyəcəyi bir sədd çəkirik. Və dünyaya xoşbəxt olmaq üçün gəldiyimizi unuduruq.

 

4-cü klan: Sonuncu ailənin üzvü “Mümkün deyil” kəlməsidir.

Bu sözdən istifadə zamanı biz sadəcə bütün reallaşa biləcək arzularımızın üstündən xətt çəkirik.

Xoşbəxtlikdən göylər bizə arzuların arxasınca gedən insanlar göndərib. Onların sayəsində biz dünyada hər şeyin mümkün olacağını düşünürük. Və içimizdən “istəyirəm” sözünü demək gəlir. Bu isə bir çox hallarda “mümkün” deyil sözünü neytrallaşdırır.

Bu klana daxil olan, arzularımızın həyata keçməsinin qarşısını alan sözlər: mümkün deyil, az ehtimal olunur, heç vaxt, ola bilməz, birdən (olan biləcək reallıqdan imtina), əgər (filan şeyi istəyirəm, amma çətin ki alınsın), Allah eləməsin, ola bilsin belə alınsın (planlaşdırılmış çətinlik. Cəhd etdiyin iş nəinki alınmayacaq, hətta istəyində öləcək) və ən dəhşətlisi: seçim yoxdur.

 

Xoşbəxtliyə aparacaq sözlər…

“Qanad” sözlər

Onlar çox deyillər. Ancaq hər sözün qızıl qədər dəyəri var. Onların gücünü istifadə edəndən sonra özünüz görəcəksiniz. Dilini mənfi sözlərdən təmizləyib, qanad sözlərdən istifadə edən insanların şəxsi həyatı düzəlir, xəstəxana yataqlarından qalxır, maliyyə cəhətdən vəziyyətləri yaxşılaşır, gizli istedadları üzə çıxır. Bir sözlə, insan kimi yaşamağa başlayır.

Həmin sözlər bunlardır: mən edə bilirəm, bacarıram, mən niyyətindəyəm.

Bu sözlər nəticəsində insan bədənində bioloji səviyyədə kimyəvi reaksiya baş verir. Bu reaksiyalar insanı daha məhsuldar düşünməyə və daha əmin hərəkət etməyə vadar edir.

Sözlərin mistik tərəfinin olmasının daha bir sübutu Hooponopono üsuludur. Havay sağaltma üsulunu ilk dəfə Nalamuka Simeona 1982-ci ildə doktor Hyü Linom ilə bölüşür. Bunun sahəsində Havay xəstəxanaların birində psixoloq kimi işə başlayan həkim ruhi xəstələrin hamısını sağaldır. Maraqlısı odur ki, həkim xəstələrini sağaltmaq üçün heç bir dərman və psixoterapiyadan istifadə etməyib. Onun dərmanı yalnız sözlər olub.

Hadisə isə belə baş verib. Həkim heç bir xəstə ilə üz-üzə görüşməyib. O, onların şəkilləri və xəstəlik tarixçələri ilə tanış olub. Daha sonra hər bir xəstənin adının qabağında cəmi 4 söz işlədib.

Mən səni sevirəm

Məni Bağışla

Çox sağ ol

Təəssüf edirəm.

Bu sözlərdən sonra xəstəxanadakı 2 ağır və təhlükəli xəstədən başqa bütün ruhi xəstələr özlərini daha yaxşı hiss edib və onlar tezliklə ev-eşiklərinə qayıdıb. Bu, əsl möcüzə idi.

Hooponopono üsulunda əslində qeyri-adi heç nə yoxdur. Bu üsula görə istifadə edilən sözlər insanın yaddaşındakı neqativ fikirlər təmizlənir.

Hooponopono üsuluna əsasən, insanın şüuru az informasiya qəbul edir, ona görə də bir çox neqativləri özü zərərləşdirə bilmir. Formula vasitəsi ilə “yuxarıdakı” qüvvələrdən bizə kömək etmələrini xahiş edirik. Allahdan sevgi və imdad diləyirik. Allah da bizim ürəyimizdəki və ağlımızdakı pis fikirləri və neqativləri təmizləyərək bizə kömək edir.

Məhz buna görə, dualar, mantralar insanın neqativ yüklü zəhər sözlərdən qoruyaraq, insana həm də hüzur verir. Duaların mistik tərəfini isə gələn yazımızda oxuya biləcəksiniz.

 

Xülasə…

Gündəlik qayğılara o qədər başımız qarışır ki, hətta bir dəqiqə olsun belə pozitiv düşünməyə vaxt tapmırıq. Bu isə bizi aqressivləşdirir, gördüyümüz hər şeyə hirslə yanaşmağı və yolumuzda gördüyümüz hər kəslə qəzəblə danışmağa məcbur edir. Sonra da oturub, dosta-düşmənə “mənimki heç gətirmir” deyərək gileylənirik. Günahı isə həmişə olduğu kimi başqalarında axtarırıq. Bir az dərinə getsək, hər şeyin öz əlimizdə olduğunu anlayarıq. Yetər ki, istifadə etdiyimiz sözlərə fikir verək. Gündə bir dəfə sevdiyimiz insanlara və elə Allaha “səni sevirəm” demək o qədər də çətin bir iş deyil, zənnimcə.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR