Slimfit
  1. ELM

Dil normalarının pozulmasına görə cəzalar sərtləşməlidir - İsa Həbibbəyli

Dil normalarının pozulmasına görə cəzalar sərtləşməlidir - İsa Həbibbəyli
Sakura

“Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığı və dildən istifadənin təkmilləşməsi haqqındakı…

Bu sözləri Publika.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən dil siyasətinin inkişafında yeni bir mərhələdir:

“Azərbaycan dili müstəqillik illərində daha da zənginləşib, kamilləşib. Eyni zamanda, dünyaya açıq olduğumuzdan müxtəlif dillərdən dilimizə yad kəlmələr daxil olub. Bunların qarşısını almaq, prosesi tənzimləmək, Kütləvi İnformasiya Vasitələrindəki dil xətalarını sistemli şəkildə araşdırmaq, aradan qaldırılma yollarını tapmaq, bu məsələni respublika səviyyəsində qaldırmaq, həllinə nail olmaq kimi məsələləri Dil Komissiyası yanında Monitorinq qrupları həyata keçirəcək”.

 

İ.Həbibbəyli onu da bildirib ki, bu fərman "Dil haqqında qanun"da müəyyən dəyişiklikləri labüd edib:

“Dil haqqında qanun"un qəbulundan uzun müddət keçib və dillə bağlı bir çox məsələlər gündəmə gəlib. Qanunda bu yeniliklərə uyğun dəyişiklik və düzəlişlər edilməlidir. Hesab edirəm ki, reklam bazarında, Kütləvi İnformasiya Vasitələrində dildən sui-istifadə edən, süni şəkildə yad kəlmələrə meyl göstərən, dilimizi korlayanlara qarşı sərt qadağalar qanunda öz əksini tapmalıdır. Dilçilik mühiti inkişaf etməlidir. Orfoqrafiya qaydaları ilə bağlı 9 aydır aparılan işlərə yeni yaradılacaq Monitorinq Mərkəzi də qoşulacaq. Hesab edirəm ki, bu fərman dövlət dilinin inkişafına böyük qayğıdır, alimlər, ziyalılar, kütləvi İnformasiya Vasitələrinin də vəzifəsi bu fərmandan irəli gələn vəzifələri həyata keçirməklə dilimizin zənginliyini, qüdrətini qorumaqdan ibarət olmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR