Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dietoloqlara inanıb, bu məhsullardan imtina etməyin – Fəsadları ola bilər

Dietoloqlara inanıb, bu məhsullardan imtina etməyin – Fəsadları ola bilər
Sakura

Dietoloqlara inanıb, bu məhsullardan imtina etməyin – Fəsadları ola bilər

Dietoloqlar maraqlı araşdırma aparıblar. Mütəxəssislər vaxtilə zərərli bilinən, lakin insan orqanizmi üçün heç də ziyanlı olmayan və hətta çox faydalı olan məhsulların adını açıqlayıblar.

Siyahıda birinci yumurta gəlir. Mütəxəssislər bildirir ki, insan hər gün yumurta yeməlidir. Yumurtanın tərkibində B12 vitamini və orqanizm üçün xeyirli mikroelementlər var.

Kərə yağı da mütləq yeyilməli qidalar siyahısındadır. Yağın və südün içində olan yağlar maddələr mübadiləsinə təsir edir.

“Ağ ölüm” adlandırılan duzu da qidalanmadan tam çıxartmaq olmaz. Bu orqanizmdə duz balansının pozulmasına və hətta ölüm riskinin artmasına səbəb ola bilər.

Çörəkdən də imtina etmək düzgün deyil. Çorək orqanizmi bir çox faydal vitamin (xüsusilə B qrupu) və minerallarla təmin edir. Lakin ağ undan deyil, tamdənli buğdadan olan çörəyə üstünlük verilməlidir.

Kartofdan da imtina etmək olmaz. Kartof orqanizmi karbohidratlarla təmin edir, ürək üçün faydalıdır.

Təbii ki, digər məhsullarda olduğu kimi, bu məhsulları da həddən artıq istehlak etmək olmaz.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR