Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dietoloq Koronavirus zamanı turşudulmuş kələmin faydaları haqqında danışıb

Dietoloq Koronavirus zamanı turşudulmuş kələmin faydaları haqqında danışıb
Sakura

Dietoloq Koronavirus zamanı turşudulmuş kələmin faydaları haqqında danışıb

Ens.az bildirir ki, bir sıra beynəlxalq ekspertlər, koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda insanlara öz rasionlarını düzəltməyi məsləhət görürlər. Dietoloq Marqarita Karolyova, turşudulmuş kələmin orqanizmi qorumaq üçün faydalarından danışıb.

Bu qida məhsulu orqanizmin immunitetini gücləndirməyə və patogenlərin hücumunu dəf etməyə kömək edəcək böyük vitamin kompleksinə sahibdir. Süd- turş qıcqırmasına məruz qalan kələm, C vitamini miqdarını qoruyur və hətta artırır. Pektin, kalsium və sulforafanla zəngindir və bu məhsulda bir sıra mikroelementlər, o cümlədən, dəmir, kalium, maqnezium və sink var. Turşudulmuş kələmdə olan probiotiklər insanlar üçün xüsusilə faydalıdır. Bu canlı mikroorqanizmlər bağırsaqların fəaliyyətini tənzimləməklə faydalı təsir göstərir.

Eyni zamanda, bir sıra xəstəlikləri olan insanlar bu məhsulu istifadə etməkdə diqqətli olmalıdırlar. Çünki onun yüksək glisemik indeksi var və kələm bədəndə mayenin yığılmasına və qaz əmələ gəlməsinin artmasına səbəb olur. Mədəsində yüksək turşuluq olan, həmçinin mədəaltı vəzi və öd kisəsi xəstəlikləri diaqnozu qoyulmuş xəstələr üçün bu məhsul zərərlidir.

 

Mənbə: www.med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR