Slimfit
  1. TEXNOLOGİYA

Didim asteroidinin tədqiqi üzrə missiya üçün radiasiyaya davamlı kompüter hazırlanır

Didim asteroidinin tədqiqi üzrə missiya üçün radiasiyaya davamlı kompüter hazırlanır
Sakura

Didim asteroidinin tədqiqi üzrə missiya üçün radiasiyaya davamlı kompüter hazırlanır

Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) Didim asteroidinə uçacaq "Hera" zondu üçün radiasiyaya davamlı kompüter hazırlamağa başlayıb. Qurğu 4 il ərzində planetlərarası məkanda iş qabiliyyətini qoruyacaq. Bu barədə agentliyin məlumatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, "Hera" zondunun 2023-cü ildə yerətrafı Didim asteroidinin və onun peykinin tədqiqi üzrə "AIDA" missiyası çərçivəsində buraxılması nəzərdə tutulur. Missiyanın vəzifəsi aparatların Yerə tərəf uçan asteroidlərin istiqamətinin dəyişdirilməsi üzrə imkanlarının yoxlanılması, eləcə də qoşa "asteroid-kiçik peyk" sisteminin formalaşdırılmasının öyrənilməsindən ibarətdir.

Kompüterin hazırlanması ilə Avropa Kosmik Agentliyinin Belçikadan olan podratçısı "QinetiQ Space" şirkəti məşğul olacaq. Məlumata görə, qurğu Yerdəki operator tərəfindən minimal nəzarət həyata keçirilməklə planetdən 100 milyon km uzaqda iş üçün nəzərdə tutulub.

"Hera" kompüterinin "Proba-2", "Proba-V" və "Proba-3" minipeykləri üçün hazırlanan təkmilləşdirilmiş məlumat və enerji idarəetmə sisteminə (ADPMS) əsaslanan ikinüvəli "LEON-3" prosessorundan istifadə edəcək. Hazırda kompüter mühəndis modelinin sınaq mərhələsindədir.

Xatırladaq ki, Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Təşkilata 22 daimi üzv daxildir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR