Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Diabet xəstələri üçün ideal səhər yeməyi

Diabet xəstələri üçün ideal səhər yeməyi
Sakura

Diabet xəstələri üçün ideal səhər yeməyi

Kanadanın Britaniya Kolumbiyası Universitetindən olan alimlər çox yağlı və az karbohidratlı səhər yeməyinin ikinci tip diabet xəstələrinə gün ərzində qlükoza səviyyəsini nəzarətdə saxlamağa imkan verəcəyini aydınlaşdırıb.

AZƏRTAC Medical Xpress portalına istinadla xəbər verir ki, tədqiqatçılar könüllülərin üzərində iki günlük eksperiment keçirib. Onlara səhər yeməyinə birinci gün omlet, ikinci gün meyvəli yulaf yarması verilib. Nəzarət günlərində verilən digər yeməklər isə eyni olub. Eksperiment iştirakçılarının bədənlərinə quraşdırılan cihazlar hər 5 dəqiqədən bir qanda olan şəkər səviyyəsini qeydə alıb.

Sınaq zamanı yağlı və az karbohidratlı səhər yeməyi – omletin diabet xəstələrində qida qəbulundan sonra yaranan şəkər artmasının qarşısını almağa kömək etdiyi məlum olub. Bununla yanaşı, həmin effekt bütün gün ərzində müşahidə edilib. Bu nəticə alimlərin özü üçün də gözlənilməz olub.

“Biz hesab edirdik ki, maksimum 10 faiz karbohidratdan ibarət səhər yeməyi qanda şəkər artımının qarşısını alacaq, lakin qlükozanın ümumi nəzarət və sabitlik effekti bizim üçün gözlənilməz oldu. Az karbohidratlı və bol yağlı məhsulların rasiona daxil edilməsi böyrək, göz və damarlar üçün çox təhlükəli olan şəkər artmasından yayınmağın ən asan vasitəsi hesab edilə bilər”, - deyə tədqiqatın müəlliflərindən biri Conatan Littl bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR