Dərc edildi: Baxış sayı: 442
DGK sədri Türkiyə səfiri ilə görüşüb
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Türkiyənin Azərbaycandakı Erkan Özoralla görüşüb.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, S.Mehdiyev qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Səfir E.Özoral iki ölkə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin gələcək perspektivlərindən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət