Dərc edildi: Baxış sayı: 359
DGK sədri Mingəçevirdə vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Komitədən “Report”a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Mingəçevir şəhəri, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı S. Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət