Slimfit
  1. İQTİSADİYYAT

DGK rəsmisi: “Bu il ölkəyə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb”

DGK rəsmisi: “Bu il ölkəyə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb”
Sakura

DGK rəsmisi: “Bu il ölkəyə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb”

"Azərbaycana hibrid avtomobillərin gətirilməsi halları artır". 

Bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb.

M.Vahabov bildirib ki, qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir: “Hibrid mühərrikli minik nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən gömrük ödənişləri digər daxili yanma mühərrikli minik avtomobillərə münasibətdə tətbiq olunan vergi və rüsumlarla eynilik təşkil edir. Mənşə ölkəsindən, gömrük dəyərindən, mühərrikin həcmindən, eləcə də istehsal buraxılış ilindən asılı olaraq gömrük ödənişləri tətbiq edilir”.

M.Vahabovla geniş müsahibəni gələn həftənin bazar ertəsi "Report"da oxuya bilərsiniz. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR