Slimfit
  1. İQTİSADİYYAT

DGK-nin yanvar-noyabr üzrə büdcə daxilolmaları məlum olub

DGK-nin yanvar-noyabr üzrə büdcə daxilolmaları məlum olub
Sakura

DGK-nin yanvar-noyabr üzrə büdcə daxilolmaları məlum olub

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 006 341,24 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 23,2% çoxdur.

"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,7% artaraq 998 823,44 min manat olub.

Həmçinin, cari ilin yanvar-noyabr ayları ərzində (ötən ilin eyni dövrü ilə müqayisədə) ƏDV üzrə daxilolmalar 23% artaraq 2 735 087,45 min manat, aksizlər üzrə 39,6% artaraq 230 853,18 min manat, yol vergisi üzrə daxilolmalar isə 13,8% artaraq 41 576,44 min manat təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR