Slimfit
  1. AZƏRBAYCAN

DGK-da Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib

DGK-da Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Sakura

DGK-da Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib

 Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli və bu qurumun hüquqşünası Fərhad Abbasoviştirak edib.

Baş İdarənin rəisi Məsum Rəsulov ölkəmizdə dövlət idman siyasətinin uğurla davam etdirildiyini, bu sahədə idmanla əlaqəli təşkilatlarla yanaşı, dövlət orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. O bildirib ki, DGK və Azərbaycan Milli Antidopinq Agentliyi arasında 2017-ci ildə imzalanmış Memorandum qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirib.

Görüş zamanı "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyaya əlavə edilmiş siyahıda qeyd edilən S2 kateqoriyasına aid maddələrin (peptid hormonları, böyümə faktorları, onlara aid maddələr və mimetiklər), eləcə də DGK tərəfindən 2017-ci il və 2018-ci ilin 6 ayı ərzində saxlanmış və dopinqlərə aid olan güclü təsir edən maddələrin insanların, xüsusilə də idmançıların sağlamlığına ciddi zərər vurduğu diqqətə çatdırılıb. Bu maddələrin qanunsuz dövriyyəsinin və idmanda istifadəsinin qarşısının alınması sahəsində məlumat mübadiləsinin, birgə təlimlərin və digər tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR