Dərc edildi: Baxış sayı: 684
Dəvəsi ilə heyvan mağazasına girən adam sosial mediada məşhur oldu
Amerikanın Michigan əyalətində bir adam 700 kiloqram dəvəylə ev heyvanları satılan marketə girib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, dəvənin sahibi onu yeriyişə çıxardığını, küçədə insanlara öyrəşməsini istədiyini bildirib.
Michigan əyalətində yerləşən bir heyvan mağazasında müştərilər “Ceffrey” adlı dəvəni gördükdə təəccübləniblər. 2 metrdən uzun boyu olan 11 yaşlı dəvə Ceffrey hər kəsin diqqətinə səbəb olub. Mağazada işləyən Cenny Ferels “Ceffrey mağazada etdiyi kiçik kəşf gəzintisini çox sevdi. Yeni insanlar ilə tanış olmağı çox sevir, çox dost canlısıdır”deyə bildirib.
Dəvə kimi nəhəng heyvanların binaya daxil olmasına icazə olmasa da, mağazanın sahibləri Ceffrey üçün bir istisna ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət