Slimfit
  1. CƏMİYYƏT

Dəstamaz infeksiyadan qorumur, spirt isə... – Hacı Şahin

Dəstamaz infeksiyadan qorumur, spirt isə... – Hacı Şahin
Sakura

Dəstamaz infeksiyadan qorumur, spirt isə... – Hacı Şahin

Dəstəmazın insanı infeksiyadan qoruması yanlış fikirdir. Dəstəmaz bir ibadətdir və namaz qılmaq üçün alınır.

Axar.az xəbər verir ki, bu sözləri Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin İTV-nin efirində yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib. İlahiyyatçı bildirib ki, hər bir insan öz sağlamlığına görə Allah qarşısında məsuliyyət daşıyır:

“Quranda açıq şəkildə buyurulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bəzi insanlar düşünür ki, Allah məni qoruyar, ölüm nə zaman gələcəksə, o zaman da öləcəyəm. Ancaq bu, tamamilə yanlış fikirdir. Çünki insan alın yazısına məhkum bir varlıq deyil. İnsan öz davranışları nəticəsində müəyyən cəzalara məhkum olur. Təbii ki, insan ağılsız bir hərəkət edirsə, ağılsız şəkildə davranırsa və düşünürsə ki, Allah məni qoruyacaq, səhv edir. Burada vurğulanmalı məsələ belədir ki, əgər bir insan özünün və yaxınlarının həyatı üçün təhlükə yaradırsa, o, Allah dərgahında qatil sayılır. Əgər bir insan özünü qorumayıb xəstəliyi yayırsa, bu xəstəlik də kiminsə ölümünə səbəb olursa, bu, günahdır və bir insanın ölümündə günah qazanmaqdır. Ona görə dinimizin də tələblərinə uyğun olaraq insan mövcud olan təhlükədən qorunmalıdır, əgər qorunmursa, o, qanun qarşısında da, cəmiyyət və Allah qarşısında da məsuliyyət daşımış olur”.

Hacı Şahin bildirib ki, koronavirus infeksiyasının yayılması səbəbilə spirtdən istifadə etməyin dinlə heç bir ziddiyyəti yoxdur:

“Din bununla bağlı hər hansısa bir qadağa tətbiq etmir. Spirtdən dezinfeksiya məqsədilə istifadə etmək spitli içki qəbul etmək demək deyil. Spirtdən dezinfeksiya məqsədilə istifadə etmək dinimizdə heç bir şəkildə qadağan edilməyib, bunu tam məsuliyyətimlə deyirəm. Bu gün Azərbaycanda koronavirusla bağlı tətbiq edilən qanun və qaydalar dinimizlə təzad təşkil etmir. Bütün kütləvi tədbirlərin qadağan edildiyi, təxirə salındığı bir zamanda bir qrup şəxsin bir yerə yığılaraq ibadətlə məşğul olması da düzgün deyil və bu elan edilən qaydaların pozulmasıdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR