Slimfit
  1. AVTO VƏ MOTO

DERWAYS COWBOY

DERWAYS COWBOY
Sakura

DERWAYS COWBOY HAQQINDA

Derways avtomobil şirkəti 2002-ci ilin oktyabr ayında Çerkesskdə (Qaraçay-Çerkesiya) yaradılmışdır. 2003-cü ilin avqust ayında, şirkət yerli benzin mühərriki və ya sifarişli fransız Peugeot dizel mühərrikli, Rumıniya ARO(Auto Romania) şassisi üzərində orijinal plastik-metal ban olan Derways-313104 Cowboy orta ölçülü yolsuzluğunu bazara çıxardı. Daha sonra, Derways Cowboy Çin istehsalı şassi (versiya 313101/313102/313105) üzərində qurulmağa başladı, 2005-ci ilin sonundan isə şirkət nəhayət, Çin avtomobil dəstləri ilə yolsuzluqlar yığmağa başladı.

5 qapılı, 5 nəfərlik universal tipli ban, düzbucaqlı borulardan ibarət olan, şassisi üzərində quraşdırılmış çərçivədə yerləşir. Onun ölçüləri 4400/1830/1880 mm, təkər bazası ilə 2600 mm və nəqliyyatda yolda şin izləri arasında olan eninə məsafə 1500/1500mm təşkil edir. Benzin güc qurğusu ilə avtomobilin çəkisi - 1880 kq, dizel ilə - 1815 kq; maksimum - 2600 kq və müvafiq olaraq 2565 kq təşkil edir. Yük bölməsinin həcmi 600 litr; qatlanan arxa oturacaqlarla - 1600 litr. Minimum yol boşluğu 230 mm-dir.

Küncvari banın xarici görünüşü Tolyattidən olan dizayner Oleq Şapkin tərəfindən hazırlanıb. Cowboy olduqca rahat, etibarlı və eyni zamanda ucuzdur. Motor qapağı(kapot), təkər tağları, bamperlər və daxili qapı panelləri plastikdən hazırlanıb. Arxa enli qapı ikiqatdır.

Cowboy salonunun işlənmə səviyyəsi digər yerli modellərə uyğun gəlir. Alət paneli VAZ-2110 alətlər paneli və mikroiqlim nəzarət bloku, eləcə də VAZ-2106 hava deflektorları ilə təchiz olunmuşdur. Əsas paket hündürlük üzrə tənzimlənən sükan çarxından, dəri örtüklü VAZ-2110 sükanından, sükan idarə etməsində hidrogücləndiricidən, bütün qapılarda elektrikli şüşəqaldıran və elektrikli xarici güzgülərdən, mərkəzi qapanmadan, qızdırılan ön oturacaqlardan, damda sökülə bilən lyukdan, karter və paylayıcı qutunun(razdatka) qorunmasından, qapılar zərbəyə davamlı atmalardan, radioqəbuledicidən, dörd səsli səs sistemi və damda antennadan, ön tərəfdən duman əlehinə işıqlardan, təkrarlayıcı stop-siqnaldan və s. ibarətdir.

İstəyə görə dəri örtüklü oturacaqlar, kondisioner, salonda ayırıcı tor, yüngül lehimli disklər, park sensorları, bamperlər və ban rəngli güzgülər, "metallik" boya, reylinqlər, farkop (qoşqu tutacağı), TV sistem, bundan əlavə, yük yerində əlavə oturacaqlar quraşdıra bilərsiniz.

Mühərrik uzununa ön tərəfdədir. Cowboy əsasən Rumıniyanın 5-pilləli mexaniki ötürücü qutu ilə təchiz edilmiş 2.7 litrlik ZMZ-409.10 R4 / DOHC4 (142 at gücü/4400 dövr, 230 Nm/3900 dövr) və alternativ olaraq - fransız mexaniki sürət qutusu ilə təchiz edilmiş turbo dizel Peugeot DW10TD (EUROIII) R4/OHC2 (90 at gücü/4000 dövr, 205 Nm/1900 dövr) mühərrikindən ibarətdir. Cowboy-un benzin variantının maksimal sürəti 140 km/saat, dizel isə 130 km/saat təşkil edir. Standart şin ölçüsü 265/70R16-dır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR