Dərc edildi: Baxış sayı: 519
Dərsliklərin çəkisi yüngülləşdirilir
Azərbaycanda dərsliklərin çəkisi yüngülləşdirilir.
Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində qurum tərəfindən müəyyən işlər görülüb.
Qeyd olunub ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərə pilot istifadəyə veriləcək “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri biri digərinin davamı olaraq iki hissəli şəkildə tərtib edilib. Bu dərsliklən I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.
Nazirlik bəyan edir ki, əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər iri həcmli dərsliklərin də iki hissəli şəkildə tərtibi məsələsinə baxıla bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət