Slimfit
  1. CƏMİYYƏT

Dərsliklər niyə iki hissəyə bölündü? – Ekspert

Dərsliklər niyə iki hissəyə bölündü? – Ekspert
Sakura

Dərsliklər niyə iki hissəyə bölündü? – Ekspert

Yeni tədris ili üçün bəzi dərsliklərin biri digərinin davamı olaraq ikihissəli şəkildə tərtib edilməsi o dərəcədə də uğurlu addım deyil.

Bu sözləri Axar.az-a bu il məktəbli çantalarının yüngülləşdirilməsi üçün “Azərbaycan dili" və "Riyaziyyat" dərsliklərinin ikihissəli şəkildə paylanmasına münasibət bildirən təhsil eksperti Kamran Həsənov deyib. O bildirib ki, bu yolla şagirdlərin çantası yüngüləşsə də, ikinci rübdə dərs təkrarlamaq üçün onların əllərində vəsait olmayacaq:

“Bizdə dərs materiallarının sadələşdirilməsi əvəzinə tədris müddəti uzadıldı. Apardığımız araşdırmalar da göstərir ki, son illər ərzində Azərbaycanda dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb. Onlar şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil. Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb, başa düşür. Dərsliklərin təbii ki, yüngülləşdirilməsinə ciddi şəkildə ehtiyac var.

Əlbəttə ki, dərsliyin ikihissəli nəşr olunması bu istiqamətdə bir addımdır. Ən azından Təhsil Nazirliyinin bu problemi həll etmək istəyində olmasını göstərir. Lakin burda müəyyən problemlər də yarana bilər. Pilot layihəyə görə, dərsliklər hər rüb üçün ayrıca nəşr olunacaq və dərslik iki hissəli olacaq. Amma ikinci rübdə şagirdlər KSQ, BSQ yazan zaman birinci rübə aid test nümunələrinə cavab verə bilməyəcəklər. Çünki təkrarlamaq üçün əllərində dərslik olmayacaq. Bundan başqa, 1-ci rüb üçün nəzərdə tutulmuş 17-18 həftəlik dərs saatları bəzən bayram günlərinə təsadüf etdiyi üçün vaxtında proqramı yekunlaşdırmaq olmur”.

Ekspert sadalanan problemlərin yaşanmaması üçün yeni təkliflər də irəli sürüb:

“Təklif edirəm ki, dərslik iki nüsxədə nəşr olunsun. Yəni hər bir şagirdə bir fəndən iki dərslik verilsin və şagird onun birini sinifdə, digərini evdə saxlasın və çantada ağır kitabları aparmasın. Hesab edirəm ki, bu şagirdin yükünü azaltmaq üçün ən optimal həll yoludur. Bundan başqa, kitabların çəkisinin yüngülləşməsi iki halda da həyata keçirilə bilər. Birincisi, məzmununun sadələşdirilməsi, ikincisi, çəkisinin azaldılması. Məzmun sadələşdirilməsi dedikdə ixtisarlar aparmaq hesabına həyata keçirilməməlidir. Dərsliyin çəkisinin azaldılması dedikdə isə keyfiyyətsiz, yüngül, ucuz kağız ilə dərslik hazırlamaqla bu problemi həll etmək olmaz.

Şagirdlərin çantasını yüngülləşdirməyin digər yolu elektron dərsliklərdən istifadə etməkdir. Xarici ölkələrdə uzun illərdir ki, elektron dərslik məktəb ləvazimatlarının ayrılmaz bir hissəsidir. Hər bir məktəbli üçün elektron dərslik həm zəruri, həm də vacibdir. Lakin danılmazdır ki, texnologiya inkişaf etdikcə əlbəttə ki, üsullar da çoxalır. İndi isə adi öyrəşdiyimiz dərsliyin yerini elektron dərslik tutmaq üzrədir. Vacib bir məqamı qeyd edim ki, artıq elektron dərslik dünyanın bir neçə ölkəsində istifadə edilir. Avstraliyada, ABŞ-da, Kanadada və bir çox Avropa ölkələrində təhsil sistemində elektron dərslik tətbiq edilir. Elektron dərsliyin köməyi ilə valideynlər uşaqlarının ağır çanta danışmaqla yaranmış onurğa əyriliyi kimi xəstəliklərindən azad olmasını izləyə, onların dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə, yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər. Elektron dərslik sistemində valideynlərin müəllimlər və müdiriyyətlə onlayn danışıqlar aparması da mümkündür”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR