Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dərsləri yaxşı qavramaq üçün mütəxəssis məsləhətləri: yaddaş texnikasından istifadə

Dərsləri yaxşı qavramaq üçün mütəxəssis məsləhətləri: yaddaş texnikasından istifadə
Sakura

Dərsləri yaxşı qavramaq üçün mütəxəssis məsləhətləri: yaddaş texnikasından istifadə

Bu gün əksər insanlar yaddaş zəifliyindən şikayətlənir. Xüsusən abituriyent və tələbələr, adətən, bildikləri bəzi məlumatları imtahanda xatırlaya bilmədiklərindən narahat olurlar. Belə unutqanlıq hallarının təbii ki, bir sıra səbəbləri var.

AzEdu.az xarici mediaya əsasən, “ən yaxşı tələbə” olmağın üsullarını təqdim edir.

“Ən yaxşı tələbələr” dərs planı hazırlayırlar…

Bu, bir çox adama çox sadə gələ bilər, lakin çalışqan tələbələr heç vaxt öz gələcək uğurlarını planlamaqda uğursuz olmurlar. Mütəxəxssislər tələbələrə müraciət edib deyir ki, zaman-zaman özünüzü işlərinizin ağırlığı altında əzilmiş hiss edə bilərsiniz. Lakin digər işlərinizi hazır kimi qeyd edib, stresinizi azaltmaq məqsədilə diqqətinizi sadəcə bir problemə  yönəltdiyiniz zaman aydın və düşünülmüş bir plan motivasiyanızı yüksəldəcək.

“Ən yaxşı tələbələr” öyrəndiklərini mütləq real həyata tətbiq edirlər...

Ən yaxşı tələbələr əldə etdikləri bacarıqların həyatda qarşılaşdıqları çətinliklər üçün həlledici olmasını başa düşürlər. Öyrənmək sadəcə imtahan üçün çalışmaq və ya yaxşı qiymət almaq mənasına gəlmir. Öyrənmək həmçinin biliyi anlamaq və onun real həyatda harada, necə lazım olduğunu bilmək deməkdir. Dərin öyrənmək prosesi ərzində, tələbələr  əsas akademik bacarıqları real həyata situasiyalarına tətbiq etməklə öyrəndiklərinə “sahiblik edirlər”.

“Ən yaxşı tələbələr” daim öyrəndiklərini təkrar edirlər...

Tələbələr yeni və köhnə bilgilər arasındakı əlaqəni möhkəmlətmək üçün məlumatların beyində həkk olunmasına səbəb olan "təkraretmə" üsulundan əksər vaxtlarda istifadə etmirlər. Yetkinlər isə təxminən 40 yaşlarından sonra bəzi məlumatların yaddaşlarından silinməsindən şikayət edirlər. Bunu isə mütəxəssislər, yaş və diqqət ilə əlaqələndirirlər.

Məsələn, 50 yaşında olan araşdırmaçı Daniel Schacter deyib ki, "15 il əvvəl hər hansısa məqaləni oxuduğumda hər bir kəlməsi ağlımda qalardı. İndi isə oxuduqlarımı şüuraltı bilgilərimlə əlaqələndirməsəm və ya təkrar-təkrar oxumasam, xatırlaya bilmirəm".

Bütün bu səbəbləri aradan qaldırmaq üçün hazırda bir sıra inkişaf etmiş Avropa və Amerika məktəblərində diqqət və yaddaş texnikalarından istifadə olunur.

Hazırda dünya təcrübəsində yaddaşı gücləndirmək üçün minemonik üsullardan istifadə olunur. Minemonik üsullar beyində vizual görüntü meydana gətirərək, kodlaşdırma və daha yaxşı xatırlatma ipucları vermə üsuludur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR