Slimfit
  1. CƏMİYYƏT

"Dərslər sentyabr ayının 1-dən başlamalıdır" - AÇIQLAMA

"Dərslər sentyabr ayının 1-dən başlamalıdır" - AÇIQLAMA
Sakura

"Dərslər sentyabr ayının 1-dən başlamalıdır"- AÇIQLAMA

"Dərslər sentyabr ayının 1-dən başlamalıdır. Lakin, bu müddətləri də dəyişməlidir. Belə ki, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqəyə müəyyən edilməlidir. Yaxın fənləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir". Ens.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

O ilk növbədə qeyd edib ki, pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmadı, ilkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi: "Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladı.

Martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdi. Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər. Ona görə də Təhsil Nazirliyinin 11 martdan etibarən Mədəniyyət Televiziyasında "Teledərs" layihəsinə başladı ki, bu da şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi. Virtual məktəb layihəsi ilə evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələrini olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması, ibtidai sinif şagirdləri üçün təhsilin əlçatanlılığının təmin olunmasıdır. Nəzərə alsaq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün göydəndüşmə bir layihə idi. Amma burada bir məqam var idi ki, mart ayında virtual dərs keçən şagirdlər ona qədər 7 ay ənənəvi formada dərs keçmişdilər. Lakin sentyabrdan bunun onlayn formada başlanaması effektiv olmayacaq".

Ekspert vurğulayıb ki, yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz, çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur, ona görə də yeni fotma tətbiq edilməlidir: "Düşnürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. İnanıram ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaqdır. Lakin, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant - onlayn təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Hesab edirəm ki, dərslər sentyabrın 1-dən başlamalıdır. Lakin, bu müddətləri də dəyişməlidir. Belə ki, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqəyə müəyyən edilməlidir. Yaxın fənləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir. Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Belə ki, məktəb 3 növbə fəaliyyət göstərməlidir. I növbə saat 08-00-dan 10-00-dək ibtidai siniflər üçün, II növbə saat 10-30-dan 13-30-dək V-VIII siniflər məktəbdə olmalıdır, III növbə saat 14-00-dan 17-00-dək IX-XI siniflər məktəbdə dərslərdə iştirak etməlidirlər".

Kamran Əsədov qeyd edib ki, bütün hallarda isə sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır: "İbtidai siniflərdə şagird sayı 20-dən, digər siniflərdə isə 15-dən çox olmamalıdır. Bütün bunlarla yanaşı isə zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir. Düşünürəm ki, dərslər 1 sentyabrdan başlamalı, bütün sentyabr ayı boyunca əvvəlki ilin materialları təkrarlanmalı, yalnız oktyabr ayından yeni sinifin materiallarının keçirilməsinə başlamaq lazımdır. Hesab edirəm ki, bu sahə üçün ilk növbədə qanunvericilik bazası yaradılmalı, ondan sonra digər texniki işlər görülməlidir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR