Dərc edildi: Baxış sayı: 318
Dərslər başlayana qədər müəllimlər koronavirus testindən keçiriləcək? - TƏBİB-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dərslərin ənənəvi qaydada 1-4-cü siniflər üçün sentyabrın 15-də, 1-ci kurs tələbələri üçün oktyabrın 1-də başlaması nəzərdə tutulur. Dərslər başlayana qədər müəllimlər koronavirus testindən keçiriləcəkmi?
Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-ın sualını cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu barədə məsələ hələ ki, müzakirə olunmur:
“Qərarı Operativ Qərargah verir. Mən bildiyim qədər müəllimlərin koronavirus testindən keçirilməsi ilə bağlı hələlik heç bir qərar yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət