Dərc edildi: Baxış sayı: 439
Dərsə gecikməmək üçün gecə piyada 10 kilometr yeridi
Almaniyanın Rostok şəhərində 13 yaşlı yeniyetmə dərsə gecikməmək üçün 10 kilometr yolu piyada qət edib.
“MİG News” xəbər verir ki, şəhərdə sürücülər etiraz aksiyası keçirdiyi səbəbindən ictimai nəqliyyat işləməyib.
Dərsə gecikməmək üçün yeniyetmə yola gecə düşməli olub.
Səhər oğullarını evdə tapa bilməyən valideynlər narahat olaraq polisə xəbər veriblər.
Lakin qısa müddətdən sonra onlar uşağın məktəbdə olduğunu öyrəniblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət