Slimfit
  1. CƏMİYYƏT

Dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə I oxunuşda təsdiqlənib

Dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə I oxunuşda təsdiqlənib
Sakura

Dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə I oxunuşda təsdiqlənib

Qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə ilk oxunuşdan keçib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.

Qanunun hazırki bəndi isə belədir: "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır".

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR