Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dərmanı düzgün qəbul etməyin yolları

Dərmanı düzgün qəbul etməyin yolları
Sakura

Dərmanı düzgün qəbul etməyin yolları

Dərman maddələri orqanizmə həm yerli, həm də ümumi təsir edir. Dərman maddələrinin yeridilməsinə olan reaksiya orqanizmin fərdi xüsusiyyətlərindən, onun toxuma və üzvlərinin həssaslığından asılıdır.

Dərman preparatlarını insanın orqanizminə müxtəlif yollarla yeridirlər. Onların ağzından (oral metod) və ya düzbağırsaqdan (rektal metod) yeridilməsinə enteral metod deyilir. Bu vaxt dərman maddəsi mədə-bağırsaq yolunun selikli qişasından sorulur. Dərman maddələrinin mədə-bağırsaq yolundan kənar (əzələyə, venaya, dərialtına və s.) yeridilməsinə parenteral metod deyilir. Dərman preparatları yerli, birbaşa xəstəlik ocağına; onurğa beyni kanalına (endolümbal) – meningitdə, oynaq kisələrinə, bunlarda iltihab prosesi olduqda: plevra boşluğuna, bronxlara, traxeyaya və s.-yə yeridilə bilər. Dərman preparatları əsas müalicəvi təsirindən başqa əlavə mənfi reaksiyalar da törədə bilər.

Bəzən dərman maddələrinin bir-birinə təsiri zərərli, tamamilə yeni fiziki-kimyəvi reaksiyalara səbəb olur. Tibb bacısı bilməlidir ki, hansı dərmanları bir vaxtda vermək olmaz. Bəzi dərman preparatlarına qarşı orqanizmin göstərdiyi mənfi reaksiyaları çox vaxt dozanı azaltmaqla, yaxud müalicənin ilk günlərindən sonra tez aradan götürmək mümkün olur.

Bu reaksiyaları orqanizmin bu və ya başqa dərman maddəsini götürməməsindən fərqləndirmək lazımdır, belə ki, orqanizmin dərman maddəsini götürməməsi anafilaktik şok kimi ağır dərəcəli ağırlaşmalara səbəb olur. Bəzən dərman maddəsini müalicə təsiri eyni olan və orqanizmin daha yaxşı götürdüyü başqa bir dərmanla əvəz etmək lazım gəlir. Bəzi xəstələr müəyyən dərmanların onlara düşmədiyini bildirirlər. Odur ki, xəstə özü bunu həkimə deməyibsə tibb bacısı deməlidir. Orqanizmin götürmədiyi bəzi dərman preparatlarını tətbiq etməzdən əvvəl sınaq qoyurlar. Bunun üçün dərman maddəsini kiçik dozada yeridirlər. Reaksiya əmələ gəlməsi həmin preparatın (yod preparatları, rentgen­kontrast maddələr, serumlar və s) xəstəyə verilməsinin məsləhət olmamasını göstərir.

Dərman maddəsindən uzun müddət istifadə etdikdə çox vaxt onun müalicəvi təsiri azalır ki, bu da mikrobun həmin dərman preparatına həssaslığının itməsi, yaxud onun həmin preparata qarşı müqavimət qazanması ilə izah olunur.

Mikrobların müqavimətinin qarşısını almaq məqsədilə dərman maddələrinin işlədilməsinin çox müxtəlif metodları işlənib hazırlanmışdır. Bir neçə preparatın eyni vaxtda verilməsi, müalicənin ara verib aparılması və s. Preparatı təyin etməmişdən əvvəl mikrob florasının həssaslığını, xüsusən antibiotiklərə həssaslığını bilmək üçün xəstənin ifrazatını (bəlğəmi, irinli ifrazatı və s.) əkmək məsləhət görülür ki, bu da dərhal daha təsirli dərman maddələri təyin etməyə imkan verir.

Orqanizm bəzi preparatlara alışır, hətta dərmandan asılı olur. Narkotik maddələrdən istifadə ağır xəstəliyə – narkomaniyaya səbəb olur, bu preparatların təyin edilməsinə və tətbiqinə ciddi nəzarət olmalıdır.

Bir sıra dərman preparatları orqanizmdən yavaş çıxır, yaxud orqanizmdə toplanır (kumulyasiya), odur ki, belə preparatların (üskükotu preparatları) dozalarını təyin edəndə bunu nəzərə almaq, bəzən dozanı azaltmaq lazımdır. Tibb bacısı dərman maddələrinin dozalarını bilməlidir. Dərman maddələrinin dozasını bədənin kütləsindən və yaşdan asılı olaraq təyin edirlər. Birdəfəlik doza – bir dəfə qəbul etmək üçün, yüksək birdəfəlik doza – dərmanı bir dəfədə qəbul edilən ən böyük miqdarı, sutkalıq doza dərman maddəsinin sutka ərzində qəbul edilən ən böyük miqdarıdır. Tibb bacısı preparatın zəhərlənmə əmələ gətirən toksik və ölümcül dozasını bilməlidir.

Tibb bacısı həkimin icazəsi olmadan xəstəyə dərman verə bilməz, belə ki, hətta adi dərman, məsələn, işlətmə dərmanı, ağrıkəsən dərman müəyyən hallarda ağır nəticələrə səbəb ola bilər (apendisitdə, uşaqlıqdankənar hamiləlikdə işlətmə dərmanı və s. kimi). Dərman qəbulundan sonra xəstənin özünü pis hiss etməsini yaxud hər hansı səbəbə görə dərmandan imtina etməsini tibb bacısı dərhal həkimə xəbər verməli və özü heç nəyi dəyişməməlidir.

DƏRMANI BÖLƏRƏK İÇMƏYİN!

Bölərək qəbul edilən dərmanlar orqanizm tərəfindən sürətlə sorulmadığından iflic və ürək xəstəliyi kimi ağır fəsadlar meydana çıxır. Çünki hər dərman xüsusi olaraq orqanizm tərəfindən sorulma sürətinə malik olduğundan dərmanı böldükdə bu “sürət” pozulur və bundan da orqanizm ciddi ziyan çəkir.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR