Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dərinizi duzla təmizləyin - inanılmaz nəticələr

Dərinizi duzla təmizləyin - inanılmaz nəticələr
Sakura

Dərinizi duzla təmizləyin - inanılmaz nəticələr

Çox duz qəbul etməyin orqanizmə zərərli olması barədə hər kəs məlumatlıdır.

Amma duzdan dərimizin təmizlənməsi üçün gözəllik vasitəsi kimni istifadə etmək olduqca faydalıdır. Ailem.az duz ilə hazırlanan maskaları təqdim edir.

Tarazlaşdırıcı maska

Duz və bal, dərini hamarlaşdırma təsirinə malikdir. Həmçinin kəsik və yaraları sağaltma xüsusiyyəti ilə də diqqəti çəkir. Bu ikili yağ istehsalının tənzimlənməsini və dərinin nəmli qalmasını təmiz edir.

Hazırlanması:

İki çay qaşığı dəniz duzunu dörd çay qaşığı balla qarışdırıb məcun halına gətirin və təmizlədiyiniz dərinizə, göz çevrəsinə vurmadan sürtün. 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə islatdığınız bir bez yardımı ilə üzünüzdən yavaşca silin. Daha sonra məsamələrinizi daraltmaq üçün üzünüzü soyuq su ilə  yuyun və hər zaman tətbiq etdiyiniz dəri qulluxunuzu edin.

Yağlanmanı önləyən tonik

Duz, dərin məsamələri təmizləmə və yağ istehsalını tənzimləmə təsiri sayısində sızanağa yol açan bakteriyaların dərimizdə yığılmasına əngəl olur.

Hazırlanması:

Bir çay qaşığı dəniz duzunu 100 qram isti su dolu şüşədə əriyənə qədər qarışdırın. Təmizlənmiş dərinizə, göz çevrənizə düşməməsinə diqqət göstərərək, çəkin, ya da asan və mütəmadi istifadə üçün sprey şüşəsi ilə üzünüzə püskürdün. Bunu gündə gündə bir, ya da iki dəfə ttəbiq edin.

Pilinq

Duz dərini ölü hüceyrələrdən təmizləməyə yaxşı kömək edir. Nəticədə dəri cavanlaşır, daha hamar olur, dərinin rəngi yaxşılaşır.

Hazırlanması:

1 x.q. duz və 1 x.q. zeytun yağını qarışdırın. Hazırladığınız pilinqi üzünüzə massaj həkəkətləri ilə çəkin, 5 dəqiqə saxlayın və sonra üzünüzü yuyun.

Rahatladıcı duz vannası:

Duz dərinizdəki gözənəklərə girən çirki və toksinləri təmizləyir. Duzun tərkibindəki minerallar dərinin nəmini qorumasını təmin edir.

Hazırlanması:

İsti su ilə doldurduğunuz hamam vannasına yarım stəkan duz əlavə edin və 15, ya da 30 dəqiqə bu duzlu suda dərinizi dincəldin.

Kəpək önləyici

Duz, sağlıqlı bir saç dərisi üçün dövranı xəbərdarlıq edərək kəpək yaranmasını azaldır. Eyni zamanda yağı əmər, saç dərisini nəmləndirərək göbələk yaranmasını əngəlləyər və kəpək yaranmasının qarşısını alar.

Hazırlanması:

1-2 çay qaşığı duzu saç dərinizə səpin Barmaqlarınızı isladıb saçınıza 10-15 dəqiqə yavaşca masaj edin. Sonra saçınızı hər zamanki kimi yuyun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR