Dərinin cavanlığını saxlamağa kömək edən məhsullar açıqlandı
Bu barədə “Times Now” yazır.
Bildirilir ki, ilk növbədə rasiona qaynadılmış toyuq əti əlavə etmək lazımdır. Quş ətində çoxlu birləşdirici toxuma var ki, bu da onun tərkibində kollagenin böyük miqdarda olduğunu göstərir.
Toyuğun müntəzəm istifadəsi dərinin yaxşılaşdırılmasına, gənc və parlaq olmasına kömək edə bilər.
Tərkibində C vitamininin yüksək miqdarda olmağı sayəsində portağal və limon kimi sitrus meyvələri özünəqulluqda geniş istifadə olunur. Onların digər üstünlükləri də var: immunitetin artırılması, toksikliyin azaldılması və s.
Bundan əlavə, dəri üçün sarımsaq da faydalıdır. Bu qida ədviyyatının təbii zülal mənbəyi ola bilməyəcəyinə baxmayaraq ki, sarımsaq kollagenin sintezini stimullaşdırmağa və onun parçalanmasının qarşısını almağa kömək edə bilər. Sarımsaq, həmçinin antibakterial və antiiltihab xüsusiyyətlərinə də malikdir.
Paxlalılardan da mütəmadi olaraq istifadə etmək məsləhət görülür. Belə ki, bu fəsilədən olan bitkilər sağlam qidadır və vegetarianlar üçün zülal mənbəyidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət