Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dəridə bərkimələr nədən yaranır?

Dəridə bərkimələr nədən yaranır?
Sakura

Dəridə bərkimələr nədən yaranır?

Bərkimə dəridə yaranan çoxsaylı problemlərdən biridir. Daha çox əllərdə, barmaqlarda, ayaqlarda yaranan bərkimələrin çox zaman səbəbi bilinmir. Bəzi insanlarda bu problem illərlə, ömür boyu davam edir. Bərkimələr hansı səbəblərdən yaranır?

Ens.az e-tibb.az-a istinadən dermatoloq, uzman həkim Mehdi İskəndərlinin dəri bərkimələri barədə məqaləsini təqdim edir:

Dəridə bərkimə səbəbi multifkatorialdır. Yəni, dəridə bərkimə bir çox dəri xəstəlikləri səbəbindən yarana bilər. Dəridə sərtləşmə verən çoxlu sayda ekzogen və endogen səbəblər və xəstəliklər mövcuddur. Dəri bərkiməsi ən çox avtoimmun səbəblərə görə yaranır. Yəni, belə xəstələrdə immun hüceyrələri xəstənin özünün normal hüceyrələrinə qarşı hücum etdiyinə görə dərinin dərin qatlarında kollagen liflərinin sürətli artması müşahidə edilir. Bu isə dərinin dermis və yağ toxuması deyilən təbəqələrində qalınlaşma prosesinə səbəb olur. Kişilərə nisbətən qadınlarda dəri bərkiməsi daha çox görülür. Qadınlarda əsasən qarın dərisində bərkimə daha sıx müşahidə edilir. Lakin, kürək, bel, qollar, aşağı ətraflarda bərikmə də görülə bilər. 

Dermatoloq qeyd edib ki, dəridə bərkimə səbəbi nə olursa olsun, belə xəstələrin diaqnozu vaxtında qoyulmalıdır ki, dəridə bərkimə və sərtləşmə prosesinin qarşısı alınsın. Cünki, bu prosesin qarşısı alınmazsa, hadisə dərinin əksər sahələrini, hətta üz nahiyyəsinə qədər gəlib çıxa bilər. Bundan əlavə dəri sərtləşməsi o qədər dərinləşə bilər ki, xəstədə funksional pozuntular yarada bilər. Bu isə xəstənin ən adi hərəkətlərinə əngəl yarada bilər. Əllərdə bərkimə və sərtləşmə də tez-tez görülür. Belə xəstələrin barmaq hərəkətlərində məhdudiyyət yarana bilir. Zamanla dəridə qalınlaşma fonunda əllərdə ağrılı yaralar da meydana gəlir. Belə xəstələrdə baldırlarda bərkimə də müşahidə edilə bilər. 

M.İskəndərli bildirib ki, sadəcə, böyüklərdə deyil, uşaqlarda da dəri bərkiməsi müşahidə edilə bilər. Uşaqlarda dərinin sərtləşməsi də böyüklərdə olduğu kimi immun sisteminə bağlı yaranır. Yəni avtoimmun prosesə bağlı olaraq belə xəstələrdə dəridə bərkimə səbəbi kimi dermisdə və hipodermisdə kollagen sintezinin normadan artıq olması göstərilir. Dəri bərkiməsinin səbəbi olaraq sistem xəstəlikləri də göstərilə bilər. Yəni belə xəstələrdə daxili orqan və sistemlərin də problemləri aşkar edilə bilər. Həkim  əlavə edib ki, dəri sərtliyi olan xəstələr xüsusi laborator, radioloji, histopatoloji və s. testlərdən keçirilir. Müayinələrin nəticəsindən asılı olaraq xəstəyə müvafiq müalicələr təyin edilir. Dermatoloq deyib ki, dəridə bərkimənin müalicəsi var. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR