Slimfit
  1. DÜNYA

Dəri xəstəliyi tapan qız məşhur model oldu

Dəri xəstəliyi tapan qız məşhur model oldu
Sakura

Luiziana ştatının 38 yaşlı sakini heç vaxt model karyerası arzulamayıb. Amma 25 yaşı olanda hər şey…

Luiziana ştatının 38 yaşlı sakini heç vaxt model karyerası arzulamayıb. Amma 25 yaşı olanda hər şey dəyişdi.

Ölkə.Az” xəbər verir ki, İomiko adlı qızın dərisində ağ ləkələr üzə çıxmağa başladı. Bir neçə il ərzində qadının xarici görünüşü ciddi şəkildə dəyişikliyə məruz qaldı, həyatı isə cəhənnəmə çevrildi.

İomiko Consonun sözlərinə əsasən, insanlar küçədə dayanıb onu barmaqla göstərir, sosial şəbəkədə lağa qoyur, inək adlandırırdılar. Bu dövrdə isə İomikonun dörd övladı var idi və məhz övladları həyatdan bərk tutmağa motivasiyası oldu. Qadın mübarizə aparmaq və qeyri-adi görünüşündən istifadə etmək qərarına gəlir. İomiko model olmaq istədi və oldu.

İndi amerikalı modelin 3 nəvəsi var. Consonun 21 yaşlı Şianna və 19 yaşlı Amayya adlı qızı da modeldir.

Conson təkcə model deyil, restoranda mahnı oxuyur və həyatı haqqında kitab yazır, internet bloq hazırlayır, xeyriyyə cəmiyyətinin nümayəndəsidir. Bu cəmiyyət dəri xəstəliyi olan insanlara kömək edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR