Slimfit
  1. MARAQLI

Dəri quruluğundan, göz xəstəliklərinə qədər - A vitamini çatışmazlığının fəsadları

Dəri quruluğundan, göz xəstəliklərinə qədər - A vitamini çatışmazlığının fəsadları
Sakura

Dəri quruluğundan, göz xəstəliklərinə qədər - A vitamini çatışmazlığının fəsadları

A vitamini vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir. Orqanizmdə A vitamininin çatışmazlığı əsasən özünü gözlərdə əmələ gətirdiyi patologiyalar ilə göstərir.
Medicina.az xəbər ki, əgər bir insan gündəlik A vitamini dozasını normasında almırsa, onda avitaminoz yaranır, fəsadlarını isə saymaqla bitməz. Bəzi hallarda A vitamini çatışmazlığı yuxarı tənəffüs yolları və bağırsaq xəstəliklərinin gec sağalmalarına səbəb ola bilir. A vitamini çatmadıqda orqanizmdə aşağıdakı xəstəliklər meydana çıxır:
 
- konyuktvit
 
- kseroftalmiya
 
- hiperkeratoz
 
- toyuq korluğu
 
A vitamini çatışmazlığı az rast gəlinən xəstəliklərdəndir. Bu xəstəlik özünü ən çox xroniki bağırsaq, xroniki qaraciyər, endokrin sistemi və vərəm xəstəlikləri zamanı biruzə verir.
 
Necə bilməli ki, A vitamini azdır?
Qan analizi ilə vitamin əskikliyi təsdiq olunur. Sonra qastroenteroloqa müraciət edilir. Əgər gözdə problem varsa, o zaman oftalmoloqa da getməlisiz.
Həkim ilk öncə xüsusi dieta, qidalanma təyin edərək, defisiti qida ilə aradan qaldırmalıdır. Əgər bu effekt verməsə, kapsula təyin olunur. Amma unutmayın ki, A vitamini qəbul edən zaman E vitamini də olmalıdır ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. Yaxşı olar ki, vitamin az miqdarda bitki yağı ilə birgə qəbul olunsun.
 
Xəstəliyin əmələ gəlməsi qidalanma ilə əlaqədardır. Belə ki, tərkibində yetrincə A vitamini olmayan qidalarla qidalanan adamlarda bir müddət sonra avitaminoz baş verir. A vitamini orqanizmin turşu mübadiləsini sürətləndirir, cinsi orqanların fəaliyyətini stimulyasiya edir, canlıların boy artmasında yardımçı olur və orqanizmə antoqonist təsir göstərir.
 
A vitamini (retinol) gözun, dərinin, mədə-bağırsağın selikli qişasını, sidik yollarının fəaliyyətini artırır. Retinolun çatışmazlığı özünü ən çox gözün fəaliyyətində göstərir. A vitamininin azlığında gözün qidalanması və görmə qabiliyyəti zəifləyir.
 
A vitamini çatışmazlığının əlamətləri
Bu zaman ağız və burun boşluğunda, dəridə quruluq baş verir. Saçların da quruluğa məruz qalması nəticəsində saç tökülməsi baş verir. Sekresiya vəzilərinin ifrazı azalır, göz öz parlaqlığını itirir.
 
Xəstəliyə diaqnoz qanın tərkibində A vitamininin və karotinin az olmasına əsaslanaraq qoyulur. Xəstənin göz dibinin müayinəsi diaqnozun düzgün qoyulmasını təsdiqləyir.
 
Müalicə əzələ daxilinə A vitamininin vurulması və tərkibi A vitamini ilə zəngin olan qidalardan ibarət menyunun tərtib olması ilə aparılır.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR