Slimfit
  1. DÜNYA

Der Tagesspiegel: “Türk millətçiləri böyük Turan dövləti qurmaq istəyir”

Der Tagesspiegel: “Türk millətçiləri böyük Turan dövləti qurmaq istəyir”
Sakura

Der Tagesspiegel: “Türk millətçiləri böyük Turan dövləti qurmaq istəyir”

 Cənubi Qafqazdakı gərginliyi nəzərə alan münaqişə ilə əlaqədar təhlükəsizlik işçiləri və mütəxəssislər bu gərginliyin Almaniyaya mümkün təsirləri barədə xəbərdarlıq edirlər. Ermənilərin və azərbaycanlıların ciddi problem yaradacağı o qədər də gözlənilən deyil. Ancaq türk sağ radikallar aranı qarışdıra bilər. Bu münaqişədə Türkiyə Bakının, Rusiya isə İrəvanın müdafiəçisi kimi Azərbaycan və Ermənistan arasındakı mübahisəyə qarışır. Boz Qurdlar arasında  bu məsələ ilə bağlı qızğın mübahisələr gedir. Boz qurdlar Ankarada AKP ilə koalisiyada iqtidarda olan MHP-yə rəğbət bəsləyən türk millətçiləridir. 

Ens.Az musavat.com-a istinadən bildirir ki, Almaniyanın nüfuzlu "Der Tagesspiegel" nəşri belə yazır.

Boz qurdları yanlış olaraq "köhnə osmanlılar" adlandıran sayt yazır ki,  cinayət törətməyə meylli olan boz qurdlar Ermənistan-Azərbaycan müharibəsini Almaniyaya keçirə bilər.

Qırmızı qiyafəli osmanlılar döyüşçüləri kimi geyinən boz qurdlar barmaqları ilə boz qurd işarəsi nümayiş etdirərək Almaniyada nümayişlər keçirirlər. Federal Daxili İşlər naziri Horst Seehofer (CSU) 2018-ci ildə bu şəbəkənin fəaliyyətini qadağan etdi. "Köhnə osmanlılar" 2016-cı ildə Bundestaqın Ermənistan qərarına qarşı (o vaxt Almaniya rəsmən erməni soyqırımını tanıyıb) boz qurdların simvolları ilə kütləvi şəkildə nümayiş keçiriblər.

Almaniya saytı yazır: ""Turan" adlandırdıqları böyük türk imperiyası düşüncəsi boz qurdlar arasında geniş yayılıb. Bu ideyaya görə bütün türkdilli xalqlar Balkanlardan Qərbi Çinə qədər bir dövlətdə birləşməlidirlər. Boz qurdlar yunanlar, kürdlər və erməniləri özlərinə düşmən, azərbaycanlıları isə "qardaş xalq" kimi doğma bilirlər".

Sayt bildirir ki, Konstitusiyanın Müdafiəsi üçün Federal İdarənin hesablamasına görə Almaniyada 11 min türk sağçı ekstremisti var. Onların əksəriyyəti "qanuna uyğun" təşkilatlarda təmsil olunurlar. Millətçilər zorakılıq tətbiq etməyə və silaha meyllidir.

İyul ayında Kölndə keçirilən ermənilərin mitinqinə hücum oldu və Berlindəki Ermənistan səfirliyinə məxsus bir avtomobilə od vuruldu. Bu cinayəti törədənlərin kimliyini müəyyənləşdirmək üçün istintaq gedir. Çox böyük ehtimal ki, həmin olayın səbəbi Ermənistanla Azərbaycan arasında gedən o vaxtkı döyüşlərə bağlıdır. Bu ölkələr Sovet İttifaqının dağılmasından bəri Bakının iddia etdiyi, lakin Ermənistanın nəzarət altında saxladığı Dağlıq Qarabağla bağlı münaqişə vəziyyətindədir. Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməniləri hədələdi.

"Bu münaqişəyə Ərdoğanın müdaxilə etməsi, boz qurdların Azərbaycanın Türkiyədə və Almaniyada köməkçi hərbi dəstə qismində çıxış etməsi, münaqişənin həllinə ümidi daha da azaldır", "Böhran Bölgəsi Cənubi Qafqaz" kitabının müəllifi və Bundestaqın solçu üzvü Heiko Langner belə deyir. Münaqişə edən tərəflər 2007-ci ildə razılaşdırılmış Madrid prinsiplərini həyata keçirməli idilər: Yəni, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan geri çəkilirdi, həmin ərazilərdən getmiş azərbaycanlı köçkünlər geri qayıdırdı. Dağlıq Qarabağa  müvəqqəti status verilirdi və orada referendum keçirilirdi.

Məqalənin sonunda vurğulanır ki, türk radikal millətçiləri münaqişəni alovlandırmaqla ermənilərə işğalı davam etdirmək üçün əlavə arqumentlər verirlər. Bölgədəki digər xalqlar da islamın ciddi təsir göstərdiyi millətçilərin bütün türk xalqlarını birləşdirmək amacı güdən Turan dövləti qurmaq sevdasından qorxurlar.

https://www.tagesspiegel.de/politik/affinitaet-zu-waffen-graue-woelfe-koennten-kaukasus-konflikt-nach-deutschland-tragen/26099596.html

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR