Slimfit
  1. AZƏRBAYCAN

Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər

Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər
Sakura

Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib. Milli Məclisin deputatı Həsənov Elşadın icra başçısı təyin olunmasıyla parlamentdə millət vəkillərinin sayı azalıb.

"Qafqazinfo"nun məlumatına görə, bu təyinatdan sonra parlamentdə fəaliyyət göstərən deputatların sayı 117-yə enib.

Belə ki, Elşad Həsənov millət vəkilliyindən daha yüksək vəzifəyə təyinat alan ilk deputat deyil. Ötən il Muxtar Babayev deputat ikən Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib. Babayevlə yanaşı, digər millət vəkili Fuad Muradov da Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri təyin olunub. 

Ötən il daha yüksək vəzifəyə təyinat alanlardan biri də Rövşən Rzayev olub. 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 2018-ci ilədək deputat mandatını daşıyan Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilməklə parlamentlə vidalaşıb.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı olmuş Astan Şahverdiyev isə 2018-ci ilin aprelində vəfat edib. O, qəfil ürəktutmasından dünyasını dəyişib.

Son zamanlarda digərlərindən fərqli olaraq MM-dən qalmaqallı şəkildə ayrılan isə deputat Rafael Cəbrayılov olub. O, mandat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürüb və bu məsələ ictimailəşdikdən sonra millət vəkiliyindən istefa verib.

Qeyd edək ki, Milli Məclisə növbəti deputat seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR