Slimfit
  1. SİYASƏT

Deputatlığa namizədlərin nəzərinə - Bu pullar MSK-ya qaytarılmalıdır

Deputatlığa namizədlərin nəzərinə - Bu pullar MSK-ya qaytarılmalıdır
Sakura

Deputatlığa namizədlərin nəzərinə - Bu pullar MSK-ya qaytarılmalıdır

Deputatlığa namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti Mərkəzi Seçki Komissiyasına (MSK) qaytarılmalıdır.

Bu barədə Seçki Məcəlləsinin 163-cü maddəsində bildirilib.

Seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra MSK-nın hesabına köçürməlidir.

Bank bu əməliyyatı müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq həyata keçirir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, namizədin seçki fondunun vəisaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.

Hələlik hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid seçki fondu üzrə maliyyə hesabatı MSK-ya təqdim olunub.

YAP-ın seçki fonduna 250 manatdan çox ianə köçürənlərin sayı 200 nəfərdir.

Ümumilikdə, fiziki şəxslərin könüllü ianəsi 453 min 300 manat təşkil edir. 

Fevralın 8-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədlərin təşviqatı başa çatacaq.

Fevralın 9-da isə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR