Slimfit
  1. AZƏRBAYCAN

“Deputatların ev almağa pulu çatmır, mənzil verilsin” – Qüdrət Həsənquliyev

“Deputatların ev almağa pulu çatmır, mənzil verilsin” – Qüdrət Həsənquliyev
Sakura

Həsənquliyev bu dəfə deputatlara mənzil istədi

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların və parlament işçilərinin əməkhaqqının real şəraitə uyğun olmadığından artırılmasını təklif edib.

Modern.az xəbər verir ki, Qüdrət Həsənquliyev deputatlar üçün mənzil tikintisinin yenidən bərpa olunmasını təklif edib.

“Bir zamanlar deputatlar üçün mənzillər tikilirdi və mən özüm də 2003-cü ildə mənzillə təmin olunmuşam. Amma bir müddətdir ki, mənzil tikintisi dayandırılıb. Artıq dövlətin maliyyə imkanları yenidən deputatlar üçün mənzil tikintisinə imkan yaradır. Çünki deputat aldığı maaşla ev tikə bilməz. O baxımdan da mənzillərin tikintisinin yenidən bərpa olunması yaxşı olardı”.

Deputat həmçinin Milli Məclisdə akkreditasiyadan keçmiş bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib.

O qeyd edib ki, ötən dəfə iclasların birində Milli Məclisin işçilərinin əmək haqqının 3 faiz həcmində artırılmasını deyib.

“Buradakı bəzi jurnalistlər isə elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm. Əslində maaş artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi. Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz şeyləri tamamilə təhrif edirlər. Mən bu barədə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR