Slimfit
  1. AZƏRBAYCAN

“Deputatları dəvət edin, sizə şəffaflığın nə olduğunu göstərək” - Komitədə ciddi mübahisə

“Deputatları dəvət edin, sizə şəffaflığın nə olduğunu göstərək” - Komitədə ciddi mübahisə
Sakura

“Deputatları dəvət edin, sizə şəffaflığın nə olduğunu göstərək” - Komitədə ciddi mübahisə

Parlamentin İqtisadi  siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Lotereyalar haqqında” qanunun ikinci oxunuşda müzakirəsi ciddi mübahisələrə olub.

Qafqazinfo” xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, loterryaların qiymətinin həddən artıq şişirdilməsinin tərəfdarı deyil: “Çünki, bu lotereyaları insanlar alır. Bu da bir növ pullu xidmətlərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Ona görə də Tiraj Komissiyasının üzvlərinin sayının 5-dən 3-ə endirilməsini fikirləşmək lazımdır.  Biz dünya praktikasına baxarıq. Dərdləşirik.  Ddəyişikliklərin müzakirəsini 3-cü oxunuşa ona görə salırıq ki, bu kimi məsələləri daha ətraflı müzakirə edək”.

Deputat İlham Əliyev iclasda iştirak edən “Azərlotereya”nın nümayəndəsinin çıxışına reaksiya verib.

 Qeyd edib ki, onun məsələləri qavramağa  kifayət qədər məntiqi çatır: “Ona görə siz “Azərlotereya” nın  nümayəndəsi olaraq bizi bir daha başa salın. Biz Tiraj Komisasiyasının üzvlərinə maaş versək, nə qədər şəffaflıq olacaq?. Bu məsələni yenidən aydınladın”. 

 “Azərlotereya”nın nümayəndəsi qeyd edib ki, Tiraj Komissiyası oyunun qaydalara uyğun keçirilməsinə nəzarət edir: “Nəzarətedici orqanın alacağı maaş onun nəzarət etdiyi yerdən olmamalıdır. Bu  dünyada qəbul olunmuş qaydadır. Vergi orqanında çalışan birinin maaşını dövlət verir. Bunu dükan və maqazinlər ödəsəydi, nə olacaqdı?”

Deputat İlham Əliyev yenidən məsələyə müdaxilə edib: “Xahiş edirəm, siz bizi yanlış istiqamətə yönəltməyin. Biz hamımız burda maaş alan insanlarıq. Görürsünüz ki, iclasımız necə şəffaf keçirilir. Qanunun vergülünə kimi müzakirə edirik. Əgər maaşsız yığılsaydıq, o zaman qanunlara bu dərəcədə ciddiliklə yanaşardıqmı?. Əksinə, Tiraj Komissiyasının üzvləri ictimai əsaslarla gəldiyinə görə laqeydlik nümayiş etdirəcəklər”.

 Deputat Rüfət Quliyev isə sual soruşub: “ Bilmək istəyirəm ki,  adamlar ömürlük Tiraj Komissiyasında oturacaqlar. Onda, Allah xeyir versin”  

“Azərlotereya” nümayəndəsi isə qeyd edib ki, könüllülük əsasında tələbələri də dəvət ediblər, ancaq, onlar gəlmirlər”. 

 Rüfət Quliyev isə ona  cavab verib ki, siz dəvətinizə görə onlara maaş verin, onda gələcəklər.

Son olaraq deputat İlham Əliyev yenidən məsələyə müdaxilə edib: “Mən sizə yaxşı bir məsləhət verim. Biz parlamentdə 125 deputatıq. Onlardan 7-8 ni çıxın. Qalanları dəvət edin, gələk Tiraj Komuissiyasına, ictimai əsaslarla iştirak edək, məsələyə ciddi yanaşaq,  siz də o zaman şəffaflığı görərsiniz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR