Slimfit
  1. CƏMİYYƏT

Deputatlar peşəkar mühasib sertifikatının verilməsinə görə imtahanın ödənişli olmasına razılıq veriblər

Deputatlar peşəkar mühasib sertifikatının verilməsinə görə imtahanın ödənişli olmasına razılıq veriblər
Sakura

Deputatlar peşəkar mühasib sertifikatının verilməsinə görə imtahanın ödənişli olmasına razılıq veriblər

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İmtahanda iştirak ödənişlidir. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR