Slimfit
  1. CƏMİYYƏT

Deputatlar peşə hazırlığına cəlb olunanlara verilən təqaüdün məbləğinin iki dəfə azaldılmasına səs veriblər

Deputatlar peşə hazırlığına cəlb olunanlara verilən təqaüdün məbləğinin iki dəfə azaldılmasına səs veriblər
Sakura

Deputatlar peşə hazırlığına cəlb olunanlara verilən təqaüdün məbləğinin iki dəfə azaldılmasına səs veriblər

Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldılır.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədin qeyd hissəsində bildirilir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləğinin minimum əməkhaqqının 50 faizi məbləğində müəyyən olunması ilə bağlı 29-cu maddəyə dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.

Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024‒2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nda işğaldan azad edilmiş ərazilərdə məskunlaşan 12 min nəfərin 2026-cı ilədək peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR