Slimfit
  1. MEDİA

Deputatlar: 'Bu gün Azərbaycan polisinin sayəsində hər bir vətəndaşımız sabit ölkədə rahat şəkildə yaşayır”

Deputatlar: 'Bu gün Azərbaycan polisinin sayəsində hər bir vətəndaşımız sabit ölkədə rahat şəkildə yaşayır”
Sakura

Deputatlar: 'Bu gün Azərbaycan polisinin sayəsində hər bir vətəndaşımız sabit ölkədə rahat şəkildə yaşayır”…

“Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən, xüsusən də, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra daxili işlər orqanlarının fəaliyyətinin yenidən qurulması sahəsində çox böyük işlər görüldü. Avropa təcrübəsi öyrənildi və müharibə şəraitində yaşamağımıza baxmayaraq daxili stabillik təmin edildi və bu gün də qorunur. Ona görə də biz bu gün rahat şəkildə deyə bilərik ki, Azərbaycan nəinki MDB məkanında, hətta dünyada kriminal vəziyyətin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, bu, məhz Azərbaycan polisinin xidməti nəticəsində mümkün olub: “Azərbaycan polisi vətədndaşın təhlükəsizliyini, sakit həyat yaşamasını təmin edir və cəmiyyətdə kriminal hadisələrin baş verməsinin qarşısını alır. Ölkəmizdə mütəşəkkil cinayətkar dəstələr yoxdur. İnsanların həyatına heç bir ciddi təhdidlər qeydə alınmır. Eyni zamanda törədilən cinayətlərin də üstü operativ şəkildə açılır. Uzun müddətdir Daxili İşlər Nazirliyinə rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun Təhlükəsizlik Şurasına katib təyin olunmasını Azərbaycan polisinin peşəkarlığı, dövlətçiliyə xidməti və vətəndaşın hüquqlarının qorunmasında göstərdiyi xidmətin dəyəri kimi qiymətləndirirəm.

Bu gün polis orqanlarında Azərbaycan xalqının dəyərli oğlanları xidmət edir. Xalqımız öz polisi ilə fəxr edir, ona güvənir”. 

Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadə

"Bu gün rahat şəkildə deyə bilərik ki, Azərbaycan nəinki MDB məkanında, hətta dünyada kriminal vəziyyətin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir”.

Deputat xatırladıb ki, 1918-ci ildə Azərbaycan xalqı müstəqil dövlətini yaratdıqdan sonra bir çox dövlət atributlarının, o cümlədən polisin yaradılması barədə qərar verilib: “Azərbaycan polisi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətində (AXC) ictimai asayişin qorunmasında böyük işlər görüb. Baxmayaraq ki, bu müddətdə dövlətçilik təcrübəsi az idi və Ermənistan tərəfindən ərazilərin tutulması üçün hücumlar olurdu, müharibə gedirdi. Bununla belə, ictimai asayiş qorunurdu. Həmin dövrün DİN rəhbərləri Azərbaycan tarixində dövlətçiliyə şərəflə xidmət edən insanlar kimi qalıblar. Azərbaycan müstəqilliyini itirdikdən sonra isə məhdud muxtariyyətə baxmayaraq həmin dövrdə sovet milisinin tərkibində Azərbaycan milisi ictimai asayişin qorunmasında, xalqın dinc yaşayışının təmin olunmasında böyük rol oynayıb. Həmin dövrdə daxili işlər orqanları rəhbərləri, əsasən, qeyri-azərbaycanlılardan ibarət idi. Ona görə də azərbaycanlılara qarşı çox böyük təzyiqlər olurdu. Bununla belə, milis orqanlarında çalışan azərbaycanlılar xalqımızın təhlükəsizliyinin və mənəvi dəyərlərinin qorunmasında böyük xidmətlər göstəriblər”.

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu

"Tarix boyu Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyin təmin olunmasında fədakarlıq nümayiş etdirib". 

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən digər deputat Hikmət Babaoğlu isə “Report”a açıqlamasında qeyd edib ki, Azərbaycan polisi müstəqillik dövründə ön cəbhədə düşmənə qarşı döyüşlərdə və ölkə daxilində sabitliyin, təhlükəsizliyin təmin olunmasında böyük xidmətlər göstərib: “Hər bir müstəqil dövlətin əsas atributlarından biri onun güc strukturları, hüquq-mühafizə orqanlarıdır. Biz bu gün qürurla daxili işlər orqanlarının yaradılmasının 101 illiyini qeyd edə bilərik. Bu, AXC-dən bizə miras qalan böyük bir töhfədir. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın ayrı-ayrı mərkəzi icraetmə strukturlarının yaranma tarixi müxtəlif vaxtlarda qeyd olunurdu. Ulu öndər Heydər Əliyev məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməklə iyulun 2-də Azərbaycanda Polis Gününün qeyd olunması ilə bağlı fərman imzalayıb. Bilirsiniz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müharibəyə cəlb olundu və torpaqlarımızın bir hissəsi işğal edildi. Elə bu dövrdən başlayaraq polislərimiz şücaətlə xidmət etdilər və ön cəbhədə şəhid olanlar arasında polislərimiz də var. Tarix boyu Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında fədakarlıq nümayiş etdirib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən daxili işlər orqanlarında ixtisaslı kadrların sayının artırılması üçün də böyük addımlar atılıb. Məhz bunun nəticəsidir ki, bu gün hər bir vətəndaşımız sabit bir ölkədə rahat şəkildə yaşayır”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR