Slimfit
  1. CƏMİYYƏT

Deputatlar bu gün 9 məsələni müzakirə edəcək

Deputatlar bu gün 9 məsələni müzakirə edəcək
Sakura

Deputatlar bu gün 9 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. "Hərbi qulluqçuların statusu haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və

"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində

zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında"

Azerbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası qanununun layihəsi.

2. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan

Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. "Əmək pensiyaları haqqında" Azerbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azerbaycan Respublikası qanununun layihəsi

(ikinci oxunuş).

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində,

Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində,

Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq

Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası

qanununun layihəsi (ikinci oxunuş).

5. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi

haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”,

“Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud

şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə

tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanun, qan

komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və

talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı

haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər

haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”,

“Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”,

“Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili

haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi

barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”,

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş

vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və

beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik

nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”,

“Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti

haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş

şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan

şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan

Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan

Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi

qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və

hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi

xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq

hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində

iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini

itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi

haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət

icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”,

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixatriya

yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz

xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan

Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan

Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. “Dövlət qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop

maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən

tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında

dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi

(ikinci oxunuş).

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi

(ikinci oxunuş).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR