Slimfit
  1. AZƏRBAYCAN

Deputatlar Biləsuvardakı əməliyyatdan danışdı: "Getsin Qaradağda daş daşısın"

Deputatlar Biləsuvardakı əməliyyatdan danışdı: "Getsin Qaradağda daş daşısın"
Sakura

Deputatlar Biləsuvardakı əməliyyatdan danışdı: "Getsin Qaradağda daş daşısın"

"Qoy getsin Qaradağda daş daşısınlar”.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri tərəfindən Biləsuvar rayon İcra Hakimiyyətinin binasında keçirilən əməliyyatı şərh edərkən deyib. 

Deputat belə insanlarda abır-həyanın olmadığını deyib: 

"Mən bunlar haqqında sözümü iki gün öncə İsmayıllıda baş verən hadisə vaxtı demişiməm. Fikirimi söyləmişəm, indi də üstündə dayanıram. Sözümün qədrini bilən adamam. Gündə biri yaramaz hərəkətlərə yol verəcək, biz buna neyləyək? Bunlar abır-həya eləmirlərsə, getsinlər taleylərini yaşasınlar. Qoy Qaradağ həbsxanasında daş daşısınlar. Daha bitdi, qurtardı. Bundan sonra onlar ancaq daşın üstünə qışqırarlar ki, "daş sən niyə ağırsan”.

Deputat Fazil Mustafa icra başçılarının karantin dövründən də heç bir nəticə çıxarmadığını qeyd edib:

"Gözlənilən bir şeydir. Hesab edirəm ki, bu məsələdə Dövlət Təhlükəsizlik Xidməti çox uğurlu bir əməliyyat aparıb. Başqalarına ibrət dərsi olsun ki, bəlkə anormal fəaliyyətdən çəkindilər. Həqiqətəndə vətəndaşları narahat edən məsələdir. Xüsusi ilə də indiki şəraitdə yardımların mənimsənilməsi insanlığa sığmır. Ümid edirəm ki, bundan sonrakılar dərs alacaq və belə hadisələr təkrarlanmayacaq”.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. İcra başçısı, müavinlərin və bir sıra vəzifəli şəxsin həbs olunduğu deyilir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR