Slimfit
  1. AZƏRBAYCAN

Deputatlar aldıqları və dəyəri 50 manatdan baha olan hədiyyələri Milli Məclisə təhvil verməlidir

Deputatlar aldıqları və dəyəri 50 manatdan baha olan hədiyyələri Milli Məclisə təhvil verməlidir
Sakura

Deputatlar aldıqları və dəyəri 50 manatdan baha olan hədiyyələri Milli Məclisə təhvil verməlidir

Qanuna dəyişikliklər narazılıq yaratdı

Milli Məclisdə deputatların etik davranış qaydaları haqqında qanuna dəyişikliklər ciddi narahatlığa səbəb olub. Dəyişikliyə əsasən deputatlar aldıqları və dəyəri 50 manatdan baha olan hədiyyələri Milli Məclisə təhvil verməlidir. Amma daha vacibi deputat mandatından məhrum edilmənin asanlaşdırılmasıdır.

Belə ki, dəyişikliklərə görə bundan sonra 3 dəfə ardıcıl olaraq üzürsüz səbəbdən iclas buraxan deputat mandatı ilə vidalaşmalı olacaq. Bunun üçün sadəcə Milli Məclisin intizam komissiyasının qərarı kifayət edəcək.

Məsələnin bu şəkildə sərt qoyuluşu deputat Musa Quliyevi narazı salıb. O, Mİlli Məclisi seçkili orqandan daha çox təyinatlı orqana bənzədib:

“Təyinatlı bir orqanda orqanın rəhbəri necə əmr verib, işçisini cəzalandıra bilirsə, faktiki forma odur. Dəyişikliyi oxuyanda elə başa düşülür ki, bunu deputat yazmayıb, kimsə deputatlara qarşı yazıb. Bəzən deyirlər ki, deputatlara hörmət edilmir. Deputatlara hörmət edilməməsi elə buradan görünür. Parlamentin İntizam komissiyasının qərarı ilə deputat mandatdan məhrum edilir. Onu seçən 40 min insandan soruşmurlar ki, sənin seçdiyin şəxsi mandatdan məhrum edirik. Əvvəlki qaydalarda bu, Milli Məclisin müzakirəsinə çıxarılırdı. Niyə indi elə deyil? Ona görə müzakirəyə çıxarılmır ki, İntizam komissiyasının 9 üzvünə tapşırıq vermək asandır, nəinki 125 nəfərə?”

Musa Quliyev Milli Məclisin işini yaxşılaşdırmaq üçün müzakirələrə daha çox imkan yaradılmasını məqsədəuyğun sayıb. Deyib ki, deputat var ki, illərlə iclaslarda olur, amma çıxış etmir, fəaliyyət göstərmir, təklif vermir, qanun yazmır, əslində bu zərərlidir, yoxsa bir ayda iclasda 2 dəfə iştirak etməmək?

Suala Milli Məclisin İntizam Komissiyasının üzvü Fazil Mustafadan cavab istədik.

 

Mənbə : Realtv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR