Slimfit
  1. İQTİSADİYYAT

Deputatdan xalqa çağırış: “Marketlərə axışmaq doğru deyil”

Deputatdan xalqa çağırış: “Marketlərə axışmaq doğru deyil”
Sakura

Deputatdan xalqa çağırış: “Marketlərə axışmaq doğru deyil”

“Koronavirusa görə, Nazirlər Kabineti yanında Operativ Qərargah çox yaxşı işləyir, müətmadi olaraq məlumatlar yayır.

Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədəki vəziyyətlə əlaqədar çıxış etdilər. Bildirdilər ki, ölkənin kifayət qədər ehtiyatı, təlükəsizlik yastığı var. Sərhədlər bağlı olsa da, yükdaşımalarda məhdudiyyət yoxdur və ciddi problemlər gözlənilmir. Amma epidemiya nə qədər davam edəcək, bunu heç kim deyə bilmir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov son günlər əhalinin mağaza və marketlərə axını ilə bağlı danışakən bildirib.

İqtisadçı deputatın sözlərinə görə, proseslərin gedişi epidemiyanın davametmə müddətindən asılı olacaq:

“Əhalinin narahatlığı da başadüşləndir. Biz özümüz də bu situasiyanın içərisindəyik. Amma insanların marketlərə axışması doğru deyil. Lap tutaq ki, 10-15 günlük ehtiyat alıb yığdılar, bəs sonra? Axı həyat davam edir. Həm də məhsulların saxlama müddəti var. Sən nə qədər ərzaq alıb yığa bilərsən ki? Azərbaycana kifayət qədər mal-məhsul gətirilir, anbarlarda kifayət qədər ehtiyatlarımız var. Ona görə də əhali narahat olmasın, mümkün qədər təmkin və səbir nümayiş etdirmək lazımdır”.

V.Əhmədov yaranmış situasiyadan sui-istifadə edən sahibkarlara da müraciət edib:

“Hazırda bahalaşma müşahidə edilir. Mən sahibkardan xahiş edirəm yaranmış vəziyyətdən öz mənafeləri üçün istifadə etməsinlər. İnsanların panik, narahat vəziyyətindən varlanmaq üçün istifadə firkinə düşməsinlər. Belə vəziyyətdə hamımız bir yumruq kimi birləşməliyik, dövlətin, xalqın yanında olmalıyıq. Sahibkar düşünməlidir ki, vətəndaş onsuz da çətin durumdadır, narahatdır. Bu vəziyyətdə onun cibinə əl uzatmamalıdır.

Hökumət əlindən gələni edir ki, problem yaranmasın. Müvafiq qurumlar qiymət artımı ilə bağlı mövqe ortaya qoymalıdır. Biz illərdir deyirik, amma nəticəsi yoxdur. İndi gözləyirlər ki, cənab Prezident bu məsələyə də özü nəzarət etsin?! Olmaz axı, belə, bütün yükü bir nəfərin üzərinə yükləmək olmaz. Hər kəs, hər qurum öz məsuliyyətini dərk etməlidir. Marketlərdə, bazarlarda, apteklərdə monitorinqlər aparılmalıdır ki, vəziyyətdən istifadə edib süni qiymət artımına getməsinlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR