Slimfit
  1. AZƏRBAYCAN

Deputatdan “Qarabağ Azərbaycandır” şüarı ilə yürüş təklifi

Deputatdan “Qarabağ Azərbaycandır” şüarı ilə yürüş təklifi
Sakura

Deputatdan “Qarabağ Azərbaycandır” şüarı ilə yürüş təklifi

"Bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir. Bu şüar altında ümumxalq yürüşü keçirilməlidir. Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən Bayraq meydanına yürüş edilə bilər".
Azvision.az xəbər ki, bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada deyib.

Deputat bildirib ki, bununla iradəmizi orataya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik. Onun sözlərinə görə, Azərbaycanda sayı ermənilərdən qat-qat çox olan etnik qruplar var, onlar əsrlər boyu azərbaycanlılarla eyni sırada, eyni mövqedə bu dövlət üçün canlarından, qanlarından keçiblər:

"Əgər bu etnik qruplar azərbaycanlılarla bərabər, heç bir problem olmadan yaşayırlarsa, ermənilər də Azərbaycan qanunlarını, ərazi bütövlüyünü qəbul edirlərsə, Azərbaycan xalqı ilə bərabər yaşayıb dövlətçiliyə xidmət edə bilərlər".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR