Slimfit
  1. İQTİSADİYYAT

Deputatdan istilik qalmaqalına etiraz: “Bunun əziyyətini vətəndaşlar çəkməməlidir”

Deputatdan istilik qalmaqalına etiraz: “Bunun əziyyətini vətəndaşlar çəkməməlidir”
Sakura

Deputatdan istilik qalmaqalına etiraz: “Bunun əziyyətini vətəndaşlar çəkməməlidir”

Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunub.

Bu barədə Modern.az-a danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, iclasda bir neçə vacib məsələ müzakirə edilib.

Deputat qeyd edib ki, noyabrın 15-də ölkə ərazisində, xüsusilə paytaxtda istilik verilişində yaranan problem də əsas müzakirə mövzularından olub:

“Cənab Prezidentin də hər çıxışında bildirdiyi kimi əhalinin sosial təminatı bizim üçün əsas prioritetlərdəndir. Soyuq havalarda istilik verilişində problem yaranması çox ciddi məsələdir. İki dövlət qurumunun borc məsələsinə görə, əhali əziyyət çəkməməlidir. Mən bu gün parlamentin 3 komitəsinin birgə iclasında da bu məsələni qaldırdım. Artıq bir neçə ildir “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə “Azəriqaz” İstehsalat Birliyi arasında borc qalmaqalı yaşanır. Keçən il də, iniş il də Baş Nazir Artur Rəsizadədən xahiş etdik, o işə qarışandan sonra istilik verildi”.

V.Əhmədov iclasda Maliyyə nazirindən xahiş edib ki, məsələ hansısa şəkildə həll olunsun:

“Bunun əziyyətini vətəndaşlar çəkməməlidir. Əhaliyə bildirsinlər ki, borc həll edilib və bunun vətəndaşlara hər hansı təsirləri olmayacaq. Mən ümid edirəm ki, problem öz həllini tapacaq. Çünki cənab Prezidentin də verdiyi tapşırıqlar məhz bu istiqamətdədir ki, əhali əziyyət çəkməsin”.

Qeyd edək ki, iclasda mətbuat nümayəndələri iştirak etmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR