Slimfit
  1. SİYASƏT

Deputatdan hökumət üzvlərinə etiraz

Deputatdan hökumət üzvlərinə etiraz
Sakura

Deputatdan hökumət üzvlərinə etiraz

Millət vəkili Vahid Əhmədov hökumət üzvlərinin 2018-ci ilin büdcə vəsaitlərinin icrası vəziyyətinin parlamentdə müzakirə etməməsinə etirazını bildirdi.

Ölkə.Az” xəbər verir ki,  bunu millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

“Təəssüflər olsun ki,  büdcənin qəbulu zamanı  hökumətin bütün üzvləri iştirak edir. Ancaq büdcənin  icra vəziyyəti müzakirə olunan zamanı heç biri iştirak etmir.  Çünki arxayındırlar ki, büdcə icra olunub. Onsuz da deputalar  səs verib qəbul edəcəklər.  Hökumət üzvləri hesab edir ki, büdcə ancaq Maliyyə naziri Samir Şərifova, Vergilər naziri Mikayıl Cabbarova və İqtisadiyyat naziri Şahin Mustafayevə aiddir. Hesab edirəm ki, büdcənin icrası zamanı hökumətin bütün üzvləri iştirak etməlidir. Büdcənin icra vəziyyəti ümumiyyətlə geniş müzakirə edilməlidir. Burada ciddi məsələlər var”, - deputat bildirb.
 O, eyni zamanı nağd maliyyə əmliyyatlaırnın həyata keçirilməsi ilə bağlı məsələlərə də aydınlıq gətirərək deyib ki, böyük həcmli nağdsız hesablaşmalar zamanı vergidən yayınma hallarına yol verilir: “Maliyyə Nazirliiy belə hallara diqqət yetirməlidirlər”. 

 Milli Məclis sədri Oqtay əsədov Vahid Əhmədovun qaldıdığı məsələlərə reaksiya verərək deyib ki, Polşa Prezidenti Azərbaycanda səfərdə olduğundan hökumət üzvlərinin bir çoxu onunla görüşdə iştirak edir.

Nağdlaşma məsələsinə gəldikdə spiker deyib ki, biz sahibkarların mövqeyini müdafiə edirik:

 “Ancaq bir çox hallarda bizə də ticarət mərkəzlərinə quraşdırılan post terminalların işləməməsi, internetin olmaması  barədə şikayətlər daxil olur. Belə şikayətlər daha çox deputatlardan olur. Deputatlar maaşları kartladır. Ancaq onlar hansısa əmliyyat keçirən zaman post terminallar işləmir. Buna əncam çəkilməlidir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR