Slimfit
  1. AZƏRBAYCAN

Deputat yeni qanun layihəsi təklif edir

Deputat yeni qanun layihəsi təklif edir
Sakura

Deputat yeni qanun layihəsi təklif edir

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov informasiya təhlükəsizliyi ilə bağlı qanun layihəsinin qəbul edilməsini təklif edir.

Millət vəkili bu haqda təklifini Oxu.Az-a açıqlamasında səsləndirib.

Deputatın sözlərinə görə, belə bir qanuna ciddi ehtiyac duyulur.

“Bildiyiniz kimi, Azərbaycanda təhlükəsizliklə bağlı qanunvericilik var. Amma bu daha çox milli təhlükəsizliklə bağlıdır.

Bu baxımdan, belə hesab edirəm ki, bizdə həm də informasiya təhlükəsizliyi ilə bağlı ayrıca qanun olmalıdır.

Çünki ətrafımızda, dünyamızda çox mürəkkəb hadisələr baş verir, həmçinin, kibertəhlükəsizlik məsələləri ortadadır.

Odur ki, informasiya məsələləri ilə bağlı təhlükəsizliyi təmin etmək üçün məhz bu yöndə ayrıca qanuna ehtiyac var. Belə bir qanun mütləq şəkildə olmalıdır.

Onun da üzərində düşünülür”, - deyə, Ə. Amaşov sözlərinə əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR