Slimfit
  1. İQTİSADİYYAT

Deputat vətəndaşlara bank krediti güzəştlərindən danışdı

Deputat vətəndaşlara bank krediti güzəştlərindən danışdı
Sakura

Deputat vətəndaşlara bank krediti güzəştlərindən danışdı

Ölkəmizdə koronavirus infeksiyasının yayılması, xüsusi karantin rejiminin tətbiq edilməsi bank krediti olan vətəndaşları daha çox düşündürür. Lakin banklar tərəfindən bu istiqamətdə hələlik heç bir addım atılmayıb. 

Millət vəkili Aydın Mirzəzadə Baku TV-yə bildirib ki, banklar mütləq şəkildə müştərilərinə güzəştə getməlidir:

“Heç kim sabah nə olacağını, vəziyyətin nə zaman normallaşacağını bilmir və belə vəziyyətdə bankların öz müştəriləri ilə əvvəlki kimi davranması, borclarını vaxtında ödəmələrini tələb etməsi doğru deyil”. 

Deputat onu da qeyd edib ki, ölkədə özəl banklar üstünlük təşkil etsə də, bu addım bütün banklar tərəfindən eyni zamanda atılmalıdır:

“Azərbaycanda indiki vəziyyətdə elə insanlar və iş yerləri var ki, işləyir, maaşın bir hissəsi ödənilir. Belə halda vətəndaşlar az miqdarda ödəniş edə bilir. Kredit ödənilməsə, müştəri “qara siyahı”ya düşür”.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR