Slimfit
  1. MEDİA

Deputat: “Uşaqpulu verilməlidir”

Deputat: “Uşaqpulu verilməlidir”
Sakura

Deputat: “Uşaqpulu verilməlidir”

“Azərbaycanda pensiya yaşı həddindən artıq yüksəkdir. Burada ümumi məxrəcə gəlməyə ehtiyac var”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

O bildirib ki, yaşlı insanların sosial yükünü dövlət öz üzərinə götürməyi bacarmalıdır: “Hesab edirəm ki, pensiya yaşı ilə əlaqədar müəyyən ümumi məxrəcə gəlmək lazımdır”.

Deputat qeyd edib ki, “uşaqpulu”nun verilməsi millətin tələbidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən “uşaqpulu” verilir. Amma biz hamımız faktiki olaraq “uşaqpulu” ilə böyüyən adamlarıq. “Bu gün “uşaqpulu”nun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. "Uşaqpulu" verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, “uşaqpulu” məsələsinə birbaşa “yox” demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR