Deputat ünvanlı sosial yardımla bağlı məsələ qaldırdı
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Vahid Əhmədov ünvanlı sosial yardım məsələsinə də toxunub.
Modern.az xəbər verir ki, deputat Azərbaycanda ünvanlı dövlət sosial yardımı ilə bağlı şikayətlərin həddindən artıq çox olduğunu bildirib. “Yardımlar elektron qaydada təyin edilsə də, bu sahədə problemlər var. Məsələn, Qubanın Xınalıq və Xaltan kəndlərində internet yoxdur. Orada yaşayanlar yardım üçün necə müraciət etməlidir?”
Deputat qeyd edib ki, Azərbaycanda dövlət zəmanəti ilə verilmiş kreditlərin geri qaytarılmasında çətinliklər var ki, bu kreditlər vaxtında qaytarılmır. Həmçinin Vahid Əhmədov Azərbaycan Dövlət Neft Fondunun gəlir və xərcləri ilə bağlı məlumatların Hesablama Palatasının hesabatına daxil edilməsini təklif edib.
Namidə BİNGÖL
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət